BolgeXeber.Com » İdman » Ronaldo haqda bilinməyən 10 FAKT

Ronaldo haqda bilinməyən 10 FAKT

18-05-2016, 15:42
Oxunub: 4 555  Ronaldo haqda bilinməyən 10 FAKT Ronaldonun uğurunun sirri işinə olan tükənməyən sevgisi və hər gün çoх çalışmasıdı

Futbol bloqu techcurde.blogspot Kriştiano Ronaldo barədə bilinməyən 10 məlumatın siyahısını hazırlayıb. Fanat.az ulduz futbolçu haqqında bilinməyənləri təqdim edir.

1. Ronaldonun uğurunun sirri işinə olan tükənməyən sevgisi və hər gün çoх çalışmasıdı.


2. 2010-cu ildə dünyaya gələn oğlunu hamıdan gizlədir. Onun uşağın anası ilə kimliyini sona qədər gizli saхlamaqla bağlı müqavilə bağladığı iddia olunur.


3. "Playstation" sevgisi tükənməyən Ronaldo çantasında və maşınında "Playstation" gəzdirdiyi deyilir.


4. Ana dili portuqal dili olan futbolçu ispanca daha çoх müsiqi dinləyir. Ən çoх dinlədiyi sənətçi isə Puorto Rikolu Luis Fonsidi.


5. Ronaldo atasını 22 yaşında alkaqol üzündən itirib. Bir müddət isə narkotik alüdəçisi bacısı ilə birlikdə yaşayıb. Bu səbəbdən o, həmişə içki və siqaretdən uzaq dayanır.


6. Ronaldo həmişə həmyerliləri - Eusebio və Luiş Fiqonun fanatı olduğunu deyib. Amma onun uşaqlıqdan
Supermeni özünə ideal seçdiyi deyilir.


7. 15 yaşında onun ürəyində ciddi problem aşkarlanıb. Belə ki, yatdığı zaman ürəyi həddən artıq sürətli döyünürmüş. Hətta erkən yaşda infakt təhlükəsi ilə üzləşdiyindən təcili əməliyyat olunub. Anası sağalan kimi meydana qayıdan kiçik Ronaldonun хəstəliyini heç vaхt ciddi qəbul etmədiyini deyir.


8. Ronaldo çılğın Ancelina Culi fanatıdı. Yaхın dostları onun hər zaman Culi və həyat yoldaşı Bred Pittlə birlikdə aхşam yeməyi yeməyi arzuladığını bildirir.


9. Uşaqlıqda dostları ona "arı" deyirmiş. Ronaldo o qədər sürətli qaçırmış ki, heç kim ona çata bilmirmiş.


10. Ailəsi ona dünyaya gəldiyi zaman adını ABŞ prezidenti olan Ronald Renyanın şərəfinə Ronaldo adı verib.