BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçiləri xidməti maşınlardan hansı məqsədlər üçün istifadə edir? VİDEO

Ramiz Zeynalovun işçiləri xidməti maşınlardan hansı məqsədlər üçün istifadə edir? VİDEO

21-05-2016, 09:40
Oxunub: 4 254 Ramiz Zeynalovun işçiləri xidməti maşınlardan hansı məqsədlər üçün istifadə edir? VİDEO“Neynim uşağımı baxçaya aparmamalıyam?”

Son zamanlar yol polislərinin özbaşınalıqları və xidməti avtomobilləri öz istədikləri kimi istifadə etməsi haqqında mətbuatda çox yazılar dərc olunur.Lakin görünür bu qədər tənqidlər hamısı boşa gedir.Çünki vəziyyət dəyişilməz olaraq qalmaqda və günü-gündən baş verən özbaşınalıqların sayı artmaqdadır.
BTV xəbər verir ki,buna nümunə olaraq Astara rayon Baş Dövlət yol polis idarəsinin inspektoru İlqarı da göstərmək olar.Belə ki,inspektor xidməti avtomobili öz şəxsi avtomobilinə çevirib. Əməkdaşlarımız bu görüntüləri çəkdikləri zaman iş vaxtıdır və bu saatlarda bu şəxs baxçadan uşaq gətirmək əvəzinə işdə olmalı idi.
Yaxınlaşıb soruşanda ki, xidməti maşından,niyə şəxsi məqsədləriniz üçün istifadə edirsiz? “Neynim uşağımı baxçaya aparmamalıyam?”cavabını aldıq.Halbuki xidməti avtomobili hətda işdə fasilə vaxtı belə şəxsi avtomobil kimi istifadə etmək qaydalara ziddir!
Qeyd edək ki,bizim araşdırmalarımız təkcə bununla bitmir.Belə ki,Qusarda futbolçunun Dövlət yol polislərinin xidməti avtomobilləri ilə şəkil çəkdirməsi habelə Masazırda polisin xidməti avtomobildən şəxsi avtomobili kimi istifadə etməsi haqqında da araşdırma aparmışıq və yaxın zamanda sizə təqdim edəcəyik!
Bolgexeber.com