BolgeXeber.Com » Mədəniyyət » Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO

Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO

19-05-2016, 17:47
Oxunub: 4 491 Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO“Frans Kafkanın başı” adlı heykəl yazıçının vətəni Çexiyada, paytaxt Praqada qoyulub

Quadrio ticarət mərkəzinin qarşısında, yazıçının bir zamanlar işlədiyi Sığorta Şirkətinin yanında quraşdırılan heykəl tamaşaçıları heyrətləndirir.

Heykəl yazıçının “Çevrilmə” əsərindən təsirlənərək hazırlanıb. Heykəlin müəllifi David Çernıydır.

Baş heykəli güzgü kimi parıldayan, paslanmayan poladdan hazırlanmış disklərdən ibarətdir. Hündürlüyü 10 metr, ağırlığı 45 tondur. Heykəlin hazırlanmasında müxtəlif istiqamətlərə fırlanan 42 diskdən istifadə olunub. Hər disk dəqiqədə 6 dövrə vurur. Disklər Frans Kafkanın şəklinə, daha sonra isə güzgüyə çevrilir.

Abidə Praqa bələdiyyəsinə 30 milyon krona başa gəlib.

Heykəl daima işlək vəziyyətdədir, yalnız pis hava şəraiti və qar zamanı xüsusi örtüklə bağlanır.
kulis.az

Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO
Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO
Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO