BolgeXeber.Com » Dünya » Stüardessa 1 neçə ay öncə bu fotonu paylaşdı - Bu gün qəzaya düşdü

Stüardessa 1 neçə ay öncə bu fotonu paylaşdı - Bu gün qəzaya düşdü

20-05-2016, 09:49
Oxunub: 3 014 Stüardessa 1 neçə ay öncə bu fotonu paylaşdı - Bu gün qəzaya düşdü“O, ola bilməz ki, öz gələcəyini öncədən görsün”

Xəbər verdiyimiz kimi, bu gün Misir Hava Yollarına məxsus A320 sərnişin təyyarəsi Paris-Qahirə uçuşunu həyata keçirən zaman qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin və sərnişinlərin axtarışları davam etdirildiyi zamanda maraqlı məqam üzə çıxıb. Belə ki, A320 təyyarəsində çalışan Samar Ezeddin adlı stüardessa qəzadan bir neçə ay öncə “Facebook” hesabında “dənizdə batan təyyarə” fotosunu paylaşıb.

Fotoşop proqramı vasitəsilə düzəldilmiş şəkildə görünür ki, gənc qız yaş paltarı və əlindəki çamadanla dənizdən çıxır, ondan arxada isə təyyarə batır.

Stüardessanın tanışları bildiriblər ki, bu fotomontaj təsadüfən olub: “O, ola bilməz ki, öz gələcəyini öncədən görsün”.

Qeyd edək ki, sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşları var. Misir Aviasiya Nazirliyindən bildirilib ki, təyyarə Aralıq dənizinə düşüb və böyük ehtimalla hissələrə bölünüb.