BolgeXeber.Com » Müsahibə-Reportaj » Elman Türkoğlu yürüşə başladı

Elman Türkoğlu yürüşə başladı

11-11-2010, 13:35
Oxunub: 6 033

Bayraqdar Elman Türkoğlu və onun köməkçisi İlham Rəsulzadə şəhidlərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsnə həsr edilən yürüşə başlayıblar

Bu barədə məlumatı “Bolgexeber.com”-a Elman Türkoğlu verib. Bayraqdarın sözlərinə görə, yürüş bu gün səhər saatlarında şəhidlərin məzarı başından başlayıb, şəhidlərin ata yurdlarına kimi davam edəcək: “Biz onların dəfn olunmasının 7-ci günü Milli Qəhrəman M. İbrahimovun anadan olduğu Biləsuvara, sonra isə F. Əhmədovun doğulduğu Cəlilabad rayonuna çatmağı nəzərdə tutmuşuq. İlk olaraq Biləsuvara gedəcəyik. Orada şəhidin atasına bayraq verəndən sonra Cəlilabada yola düşəcəyik”.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Uzun müddət ermənilərin əlində olan şəhidlərimizin cəsədləri Həştərxan şəhərində Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə imzalanan bəyannaməyə uyğun olaraq qaytarılıb. Şəhidlərlə noyabrın 7-də keçirilən vida mərasimində Ali Baş Komandan, prezident İlham Əliyev də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Fərid Əhmədov isə "İgidliyə görə" medalı ilə təltif edilib.