BolgeXeber.Com » Şou-Biznes » Günay İbrahimli ona ev hədiyyə edilməsi xəbərindən danışdı - VİDEO,FOTO

Günay İbrahimli ona ev hədiyyə edilməsi xəbərindən danışdı - VİDEO,FOTO

20-05-2016, 12:21
Oxunub: 33 110 Günay İbrahimli ona ev hədiyyə edilməsi xəbərindən danışdı - VİDEO,FOTOMüğənni Günay İbrahimli ona ev hədiyyə edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Bolgexeber.com musavat.com-a istinadən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Efirlər reytinq xətrinə yalan xəbərlər verir. Mənə sual verildi ki, hədiyyə almağı sevirsiz? Mən də dedim ki, hədiyyə almağı hamı kimi xoşlayıram. "Ondan sonra" verilişinə verdiyim müsahibəni kəsiblər, hər dəqiqə də anons veriblər ki, "Günaya ev hədiyyə olunub".

Belə bir şey olmayıb. Mənə heç kim ev hədiyyə etməyib. Mən demişəm ki, ev hədiyyə etdiklərini desələr, sevinərəm. Mənim şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur. Düzdür, tanınan insanam, mənim həyatım, yaşantım tamaşaçıya maraqlıdır. Sözüm mətbuatadır ki, xəbəri düzgün vermək lazımdır. Mənim ailəm, dostlarım var. Hər foto çəkdirdiyim ev mənim deyil. Mən efirdən ev də istəməmişəm. Ağlamağı xoşlamıram. Allaha şükür ki, Allah mənə səs verib, çalışıb qazanıram"

***
Günay İbrahimliyə ev hədiyyə ediblər.
İfaçı bu haqda özü məlumat verib.

Müğənni Günay İbrahimliyə ev hədiyyə ediblər.

Bolgexeber.comxəbər verir ki, ifaçı bu haqda ATV-də yayımlanan “10-dan sonra” verilişində məlumat verib.

Günay İbrahimli son günlər İnstaqram səhifəsində yeni evindən fotolar paylaşır.