BolgeXeber.Com » Şou-Biznes » “Hicablılar üçün geyimlər çox bahadır” -Xuraman Şuşalı gileyləndi

“Hicablılar üçün geyimlər çox bahadır” -Xuraman Şuşalı gileyləndi

23-05-2016, 09:49
Oxunub: 8 383 “Hicablılar üçün geyimlər çox bahadır” -Xuraman Şuşalı gileyləndiMüğənni Xuraman Şuşalı yeni bizmes qurmaq istəyir

Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, hicablı qadınlar üçün geyim mağazası açmaq arzusundadır: “Bakıda hicablı qadınlar üçün seçim çox azdır, həm də geyimlər çox bahadır. Alış-veriş etmək üçün Türkiyəyə gedirəm. Ona görə yeni biznes qurmaq arzusundayam, mənim kimi hicablılar üçün butik açmaq istəyirəm. Vaxt məhdudiyyəti olduğu üçün bunu edə bilmirəm. Uşaqlarıma çox vaxt ayırmalıyam. Mağaza haqda uzun müddətdir düşünürüəm, planlar qururam. Uşaqlarım bir az böyüsün bu arzumu yerinə yetirəcəyəm”.

Müğənni yay istirahəti üçün qurduğu planlardan da bəhs edib: “Yay aylarında Bakıda oturmaq istəmirəm, dağları gəzmək istəyirəm. Ailəmlə artıq planlar qurmuşuq, yay ərzində rayonları gəzəcəyik. Üç uşaq anasıyam. Uşaqlarla xarici ölkələrə getmək alınmır. Həm də son vaxtlar terror hadisələri çox oldu, təyyarə partladı. Bu məni qorxutdu. Ona görə Azərbaycanda dincəlmək ən gözəlidir”.