BolgeXeber.Com » Mədəniyyət » Kann festivalında "Ən yaxşı film" adına britaniyalı rejissorun "Mən, Daniel Bleyk" filmi layiq görülüb
Kann festivalında "Ən yaxşı film" adına britaniyalı rejissorun "Mən, Daniel Bleyk" filmi layiq görülüb
23-05-2016, 11:44
Oxunub: 3 941
İran istehsalı olan film Kann festivalında mükafat qazanıb
Fransada keçirilən 69-cu Kann Film Festivalında İran kinematoqrafçılarının istehsal etdiyi "Satıcı" filminin ssenarisi "Ən yaxşı ssenari", filmdə baş rolun ifaçılarından biri Seyid Şəhabəddin Hüseyni isə "Kişi rolunun ən yaxşı ifaçısı" mükafatını alıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, "Satıcı" filmi Əsgər Fərhadinin 7-ci tammetrajlı ssenarisi hesab olunur. Bu kino ötən il çəkilib və Ə.Fərhadinin festivala vəsiqə qazanan son filmi olub.
Seyid Şəhabəddin Hüseyni ilə yanaşı, Təranə Əlidusti, Babək Kərimi və Mina Sadati də bu filmin baş rollarının ifaçılarındandırlar.
"Satıcı" bədii filmi bir cütlüyün həyatından bəhs edir. Cütlük satıcı Artur Millerin ölüm ssenarisini oynayır. Ahu adlı qadının yaşadığı mənzilə köçdükdən sonra onların araları dəyir və mübahisə yaranır.
Bu film "Müştəri" adı ilə 69-cu Kann Film Festivalında təqdim olunub.
Əsgər Fərhadi ən yaxşı ssenari mükafatını aldıqdan sonra deyib: "Filmlərim şən filmlər deyil. Amma sevinirəm ki, mükafatımla İran xalqını, yaxud ən azı bir hissəsini sevindirirəm".
Festivalın "Ən yaxşı film" adına isə britaniyalı rejissor Ken Louçun "Mən, Daniel Bleyk" filmi layiq görülüb.
Qeyd edək ki, İranlı rejissor, ssenarist, prodüser Əsgər Fərhadi 1972-ci ildə İsfahan əyalətinin Homeynşəhr şəhərciyində anadan olub.
"Satıcı"dan əvvəl Ə.Fəhadi "Əli", "Ayrılıq" və "Keçmiş" adlı filmlər də çəkib. Onun "Nadirin Simindən Ayrılığı" adlı filmi "Oskar"dan başqa, həmçinin 2011-ci ildə "Qızıl Qlobus", Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film nominasiyasında "Qızıl Ayı", ən yaxşı aktyor və ən yaxşı aktrisa nominasiyasında "Gümüş Ayı" mükafatlarını qazanıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə