BolgeXeber.Com » Gündəm » Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO

Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO

25-05-2016, 14:12
Oxunub: 8 701 Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEOİlqar Mütəllibov evində ümumiyyətlə su xətti olmayan adamlara belə 200 manat borc yazıb

Bir qrup Göyçay rayon sakinləri Bolgexeber.com-a Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovdan şikayətçi düşüblər. Qarayev Teymur Əli oğlu, Məmmədov Yalçın Saday oğlu, Alıyev Paşa Nazim oğlu və Rəhimov Azər Yasin oğlu Su kanal İdarəsinin müdiri İlqar Mütəllibovun özbaşınlıqlarına etiraz edirlər.
Sakinlərin Bolgexeber.com-a göndərdiyi müraciətdə deyilir:“Göyçay Su kanal İdarəsinin müdiri İlqar Mütəllibovun özbaşınlıqlarından rayon çamaatı bezib. Saxta sənədlərlə şişirdilmiş qiymətlər tərbiq edib rayon əhalisini soymaqla məşğuldur. Bizim yaşadığım evlərdə su olmadığı halda debütor borcu adı ilə hər birimizə 200 manat pul yazıb. Hansı ki evimizdə heç vaxt su olmayıb, suyu maşınla alıb istifadə etmişik. Bu fakt İlqar Mütəllibovun saxta əməllərlə məşğul olduğunu tam subut edir. Belə saxtakarlığın qurbanı olan göyçaylı ailələr yüzlərlədir”.
İlqar Mütəllibovun digər saxta əməlləri isə Göyçay rayon məhkəməsinin qərarı ilə subut olunub. Belə ki, İlqar Mütəllibov “Azəraqrartikinti” ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib, həmin yeri hasara aldırıb və bağ salıb tikinti işləri aparıb. Buna görə Göyçay rayon məhkəməsinin 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyulması qeyd edilmişdir. Buna baxmayaraq İlqar Mütəllibov məhkəmə qərarını icrasına qəsdən icra etməyərək həmin əraziyə gedib tikinti işlərini davam etdirir. Onun bu qanuna zidd hərəkətləri göstərir ki, İlqar Mütəllibov cəzasızlıqdan azğınlaşaraq qanunlara əməl etmir. Göyçay rayon məhkəmə icraçıları İlqar Mütəllibovdan qorxduqları üçün öz işlərinin öhdəsindən gələ bilmirlər. Hansı ki məhkəmə qərardadını qərəzli olaraq qəsdən icra etmədiyi üçün onun barəsində qanunu tədbirlər görülməli inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunu isə etməkdə Göyçay rayon İcra Qrupu çox-çox acizdir” – sakinlər yazır.
Daha sonra Göyçay sakinləri yazırlar: “Onu da qeyd edək ki, savadsız bir adamın, yəni İlqar Mütəllibovun Göyçay Su Kanal İdarəsinə müdir vəzifəsinə təyin edilməsi də təsadüf deyil. O, şəxsən məclisdə bildirib ki, müdir vəzifəsinə təyin edilməsi üçün 50.000 manat pul verib. İlqar Mütəllibov dövlət qurumunu idarə etməyə savadı olmayan bir şəxsdir. O, vəzifəsinə ticarət obyekti kimi baxır. İlqar Mütəllibovun fəaliyyəti araşdırılarsa, onun müdir vəzifəsinə təyin olunduğu bir il müddətində küllü miqdarda dövlət vəsaitini taladığı sübut olunacaq. Buna görə də müvafiq orqanlardan xahiş edirik ki, bu talançının fəaliyyəti ciddi araşdırılıb barəsində qanunu tədbirlər görülsün. Biz artıq bu barədə müvafiq orqanlara şikayət ərizələri göndərmişik”.

İmza; Göyçay rayon sakinləri
Qarayev Teymur Əli oğlu Alıyev Paşa Nazim oğlu
Məmmədov Yalçın Saday oğlu
Rəhimiv Azər Yasin oğlu
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bolgexeber.com

Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO
Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO
Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO
Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO
Göyçay Sukanal İdarəsinin müdiri saxtakarlıqla məşğuldur-VİDEO