BolgeXeber.Com » Müsahibə-Reportaj » "Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə

"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə

24-05-2016, 15:33
Oxunub: 4 831 "Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə"BU LAYiHƏYƏ 100 MİN XƏRCLƏMİŞDİM"

- ATV telekanalında yayımlanan “Göz önündə” verilişinizin yayımı dayandırıldı. Yeni mövsümdə efirə qayıdacağınız deyilsə də, alınmadı...

- Mən o qədər insanlara yardım etdim ki... Heç kəsdən dəstək almırdım, öz qazancım idi. Verilişin çox bölümünü çəkmişdik, efirə getmədi. Bəzi səbəblər var ki, bunu hamı bilir. Bağlanan tək mənim proqramım olmadı. Çəkdiyimiz verilişləri “Youtube”-a verəcəyik. Etdiyim yaxşılıqları tamaşaçıya nümayiş etdirməsəm də, olar. Əsas odur ki, Allah gördü. Bu layihəyə 100 min xərcləmişdim. Təkcə dekorasiyaya 50 min vermişdim. Azərbaycanda belə dekorasiya yox idi. Ondan sonra mənə şou xarakterli veriliş təklif etdilər. Bu dəfə mən istəmədim. Müalicə alırdım. Mənim üçün önəmli olan övlad dünyaya gətirmək idi.

- Özünüzü bəstəkar kimi də göstərdiniz. Bəs həmkarlarınıza hədiyyə etdiyiniz mahnıların aqibəti necə oldu?

- Bu yaxınlarda Natavan Həbibi xəbər göndərib ki, mahnını versin oxuyum. Nə vaxt istəsələr, göndərəcəm oxusunlar. Bu, mənim onlara hədiyyəmdir.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Avqustda “Yaşıl Teatr” konsert verəcəm. İki ay fasilədən sonra qapalı məkanda da konsert planlaşdırıram. O vaxta kimi 50 kiloqram olacağam. Yeni albom hazırlayıram. Mahnıları Hacı Nazimə həvalə etmişəm. Türkiyədə aranjiman etdirəcəm. Ola bilsin, iki tanınmış türk bəstəkardan mahnı da aldım.

- Bəs Türkiyə ilə bağlı layihələriniz necə oldu?

- Mən qələt edərəm, türk şou-biznesinə qatılmaq istəyərəm. Bir səhv idi, etdim. Bundan sonra orada mahnılar yazdırıb, öz ölkəmdə təqdim edəcəm. Türkiyədə xərclədiyim pula dəymir. Çox fikirləşdim, gördüm,alınmır. Orada yazdırıb, burada reklam etmək daha uğurludur. Biz millət olaraq türklər qədər deyilik. Onların əhalisinin sayı qat-qat çoxdur. Bizdə on, onlarda yüz telekanal var. Özümüzü məcbur etməklə deyil ki, alınmır. Orada 100-200 min xərcləməkdənsə, burada daha az pul sərf edərəm.
"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə
"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə
"Qızıma deyirəm ki, boşanacaqsansa, ərə getmə" - Rəqsanə