BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda 32 yaşlı müəllimə 18 yaşlı keçmiş şagirdinə qoşulub qaçdı - VIDEO

Bakıda 32 yaşlı müəllimə 18 yaşlı keçmiş şagirdinə qoşulub qaçdı - VIDEO

25-05-2016, 09:31
Oxunub: 2 735 Bakıda 32 yaşlı müəllimə 18 yaşlı keçmiş şagirdinə qoşulub qaçdı - VIDEO 32 yaşlı ingilis dili müəlliməsi dərs dediyi məktəbin şagirdi 18 yaşlı Cəlilə qoşulub qaçıb ...İki ildi sevgili imişlər...

Yenilik.Az xəbər verir ki, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib . Belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb. Əldə etdiyimiz məlumata görə ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb. Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməşdakları tərəfindəndə xoş qarşılanmayıb. Şagirdələrdən birinin verdiyi məlumata görə bütün məktəb bu hadisəni danışır. Digər mənbələrdən aldığımız məlumata görə gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyən bu nigaha yox deyir. Nə qardaşı var nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanında səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.
Digər mənbələrdən Kanal Baku-ya daxil olan məlumatda qeyd edilir ki, məktəbin direktoru bu işə ilk əvvəldən yox deyib. Bu səbəbdən biz bir başa direktor Mamed müəllimlə əlaqə saxladıq. Məktəbin direktoru Kanal Bakıya eksklüziv açıqlama verdi. Direktor bu məsləni qətiyyən pislədiyini və bu işə qarşı çıxdığını bildirdi. Mamed müəllimin telefon danışığını sizə təqdim edirik..
Bolgexeber.com