BolgeXeber.Com » Dünya » Qardaşının nazir olduğunu bazarda tərəvəz satarkən eşitdi - Video

Qardaşının nazir olduğunu bazarda tərəvəz satarkən eşitdi - Video

25-05-2016, 09:34
Oxunub: 2 358  Qardaşının nazir olduğunu bazarda tərəvəz satarkən eşitdi - VideoTürkiyənin yeni nazirinin tərəvəz satan bacısına xoş xəbəri yoldaşları verib

Türkiyənin yeni seçilən nazirinin bacısı xoş xəbəri bazarda öyrəndi.Elm, sənaye və texnologiya naziri olan millət vəkili Faruk Özlünün bacısı Düzcə rayonunun Topçular kəndində bazarda çalışır. Mürvet Çolak bazarda tərəvəz satır. Qardaşının nazir olduğunu da o məhz piştaxta arxasında olarkən alıb.

63 yaşlı qadına xoş xəbəri bazar yoldaşları veriblər. "Vətənə, millətə xeyirli olsun. Çox sevindim. Qardaşım işgüzar, dürüst, tutduğunu qoparan adamdır. Çox çalışqan olduğu üçün gözləntimiz də çoxdur. Düzcə xalqı onu çox sevir. Ona görə də deputat seçib".

Beş bacı-qardaş olduğunu deyən qadın nazir qardaşının onlara tez-tez baş çəkdiyini bildirib. Onun sözlərinə görə, atası hər zaman onları dövlətin yolunda çox çalışmağa səsləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti bu gün təsdiqləyib. 65-ci hökumətdə yer alan Faruk Özlü (sənaye və texnologiya naziri) daha öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Təhlükəsizlik Komissiyasının rəhbəri vəzifəsində işləyib.