BolgeXeber.Com » Bölgə » Qarabağ qazisi Neftçala icra nümayəndəsindən şikayət edir

Qarabağ qazisi Neftçala icra nümayəndəsindən şikayət edir

25-05-2016, 10:09
Oxunub: 3 142 Qarabağ qazisi Neftçala icra nümayəndəsindən şikayət edir"Necə olur ki, ona saxta diplom satmış şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunur, bu xanım isə Neftçala kimi şəhərdə sizin hakimiyyətinizi təmsil edir?"

Redaksiyamıza Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Qarabağ Müharibəsi qazisi Babayev Abduləli Adbala oğlunun ölkə başçısına, baş prokurora və Həmkarlar Konfederasiyasının sədrinə ünvanlanmış müraciəti daxil olub.
Müraciəti bəzi ixtisarlarla dərc edirik.
“Hörmətli Prezident!
Mən təkrar olaraq Neftçala şəhərinin icra nümayəndəsi Gülqədəm adlı işbaz qadın haqqında məlumatları Sizə çatdırmağı özümə borc bilirəm.
Onun Müəllimlər İnstitunun Qazax filialından rüşvət verərək əldə etdiyi saxta diplom ilə yerdə Sizin kimi mötəbər bir şəxsin nümayəndəsi olmasını mən qəbul edə bilmirəm. Necə olur ki, ona saxta diplom satmış şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunur, bu xanım isə Neftçala kimi şəhərdə sizin hakimiyyətinizi təmsil edir?
Bundan əlavə bu xanım Neftçala şəhər icra nümayəndəsi işləməklə yanaşı, Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Neftçala rayon Komitəsində baş mühasib vəzifəsini daşıyır. Halbuki dövlət qulluğunda işləyən şəxs ikinci vəzifə daşıya bilməz. Həmin vəzifəni bu gün işsiz qalmış onlarla mühasib tuta bilərdi. Təhsil işçilərinin Azad Həmkarlar İttifaqının rayon komitəsində mühasib kimi tam ştatda oturan şəxs necə olur ki, əvvəlcə Neftçala rayonu Xıllı qəsəbə inzibati ərazi nümayəndəliyinə , sonra da Neftçala rayon Ərazi İnzibati nümayəndəliyinə məsul vəzifəyə təyin olunur və bundan Həmkarla İttifaqı Konfederasiyası xəbər tutmur. Bu fakt onu sübut edir ki, bu qadın qaranlıq işlərlə məşğuldur.
Gülqədəm rayon mərkəzində qızının adına “Fitnes” klubu açaraq oranı şəxsən özünəxas yolla idarə edir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vurğun Əkbərovla tez bir zamanda işgüzar münasibətlər quran bu xanım rayon rəhbərliyinin xoş münasibətini də qazana bilib.
Ümumiyyətlə, keçmiş bir döyüşçü kimi mənim bu qadına baş qoşmağım çoxlarına əxlaqa yaraşmayan hərəkət kimi görünə bilər. Amma bu belə deyil, mənimlə birlikdə Vətənin müdafiəsi uğrunda vuruşaraq canlarından keçmiş şəhid qardaşlarımın ruhları mənə rahatlıq vermir, ona görə də belə neqativ hallara qarşı mübarizə aparıram”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az