BolgeXeber.Com » Dünya » Poroşenkonun təyyarəsi Savçenkoya görə Rusiyaya yola düşdü

Poroşenkonun təyyarəsi Savçenkoya görə Rusiyaya yola düşdü

25-05-2016, 14:16
Oxunub: 2 524 Poroşenkonun təyyarəsi Savçenkoya görə Rusiyaya yola düşdüUkrayna prezidentinin təyyarəsi Rostov-na-Donu-da enib

“İnterfaks” agentliyi Ukrayna prezidenti Pyotr Poroşenkonun rusiyalı Yevgei Yerofeev və Aleksandr Aleksandrovu ukraynalı hərbçi Nadejda Savçenko ilə dəyişmək üçün Rusiyaya uçması barədə məlumatına düzəliş edib.

Əvvəlcə materialın başlığında deyilirdi ki, Poroşenko şəxsən Rostov-na-Donuya uçub.

Daha sonra isə bildirilir ki, Rusiyaya yalnız içərisində rusiyalıların olduğu prezident təyyarəsi göndərilib.
***

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada məhkum olunmuş Nadejda Savçenkonu Ukraynada məhkum olunmuş iki rusiyalıya dəyişmək üçün Rostova yollanıb.
Ukraynada məhkum olunmuş “QRU döyüşçüləri” Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da Poroşenkonun təyyarəsindədirlər.

Bildirilir ki, yaxın saatlarda Poroşenkonun təyyarəsi Rostov hava limanında yerə enəcək. Mənbənin xəbərinə görə, dustaqların dəyişdirilməsi də hava limanında baş tutacaq.