BolgeXeber.Com » BÖLGƏ TV » Rusiyada ailə yanğından xilas olmaq üçün özünü beşinci mərtəbədən atıb - VİDEO

Rusiyada ailə yanğından xilas olmaq üçün özünü beşinci mərtəbədən atıb - VİDEO

25-05-2016, 14:30
Oxunub: 3 600  Rusiyada ailə yanğından xilas olmaq üçün özünü beşinci mərtəbədən atıb - VİDEORusiyada yanğından xilas olmaq üçün ailə uşaqları ilə birgə özünü beşinci mərtəbədən atıb

ANS PRESS-in məlumatına görə, Vladimir əyalətinin Strunino şəhərində yaşayış binalarının birində yanğın baş verib. Yanğın 4-cü mərtəbədə qeydə alınıb. Hadisədən xilas olmaq üçün isə beşinci mərtəbədə yaşayan bir ailə balaca uşaqları ilə birgə özünü aşağı atmaq qərarına gəlib. Tüstü bütün binanın girişini tamamilə tutduğu üçün ailə başçısı belə məcburiyyət qarşısında qalıb.

Məlumata görə, ailə bu qərara ani gəlib. Onlar evdə artıq nəfəs almağın mümkün olmadığını gördükləri üçün eyvana çıxıblar. Daha sonra eyvanın da tüstü ilə əhatə olunduğunu gördükdə qorxularından özlərini aşağı atıblar.

Həmin an qonşular və yoldan keçənlərin dərhal reaksiya verməsi ailəni böyük bir faciədən xilas edib. Onlar ailənin eyvana çıxdığını gördükdən sonra dərhal mələfələr gətiriblər. Valideynlər ilk olaraq aşağı 11 aylıq oğlunu, onun ardınca balaca qızını atıblar. Sonra ana və ata da özlərini aşağı atıblar. Ailə üzvlərindən təkcə ata xəsarət alıb. O, asfalta dəydiyi üçün sınıq xəsarəti alıb.

Yaralını dərhal xəstəxanaya aparıblar. Onun həyatı üçün hazırda təhlükə yoxdur. Hadisə yerinə gələn yanğınsöndürənlər yalnız yarım saat ərzində yanğını söndürə biliblər. Versiyalardan birinə görə, hadisəyə 4-cü mərtəbədə yaşayan qadının qaz sobası ilə ehtiyatsız davranması səbəb olub.