BolgeXeber.Com » Xəbərlər » Nadejda Savçenkonu ölkəsinə aparan təyyarə Rostovdan yola düşüb

Nadejda Savçenkonu ölkəsinə aparan təyyarə Rostovdan yola düşüb

25-05-2016, 14:51
Oxunub: 1 993  Nadejda Savçenkonu ölkəsinə aparan təyyarə Rostovdan yola düşübOnu ölkə prezidenti Pyotr Poroşenkonun Kiyevin hava limanında qarşılayacağı gözlənilir

Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdır.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi havaya qalxıb.

Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edir.

Xəbərə əsasən, N.Savçenkonu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin hava limanında qarşılayacağı gözlənilir.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.