BolgeXeber.Com » BÖLGƏ TV » Ekologiyamızın bu günü-VİDEO

Ekologiyamızın bu günü-VİDEO

25-05-2016, 15:52
Oxunub: 3 204 Ekologiyamızın bu günü-VİDEOTəbiətin bəşəriyyətə hədiyyəsi olan və bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən meşələr

Yer kürəsinin ən qiymətli sərvəti hesab olunur. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Bu meşələr, yaşıllıqlar insana çörək qədər, su qədər lazımlıdır, qiymətlidir.Məhz buna görədir ki,planetin ağ ciyərlərini qorumaq hər bir vətəndaşın borcudur.
Meşələrin qorunması həmçinin meşə ərazisində ziyanverici həşəratlara qarşı necə mübarizə aparıldığını görmək üçün uz tutduq Cənub bölgəsinin hər zaman yaşıllıqlarla bol olan və meşələri göz bəbəkləri kimi qoruyan Masallı və Lənkəran rayonlarına..
Lənkəran rayon Meşə Mühafizəsi və bərbası müəssisəsinin baş meşəbəyisi Məhərrəm Cəfərov btv-ə müsahibəsində bildirdi ki, “Yay mövsümünün başlanması ilə əlaqədar meşə ərazilərinin kütləvi zibillənməsi və yanğın təhlükəsinin qarşısını almaq məqsədilə biz gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk, həmçinin ağacları və yaşıllıqları ziyanverici həşəratlardan qorumaq üçün də lazımı dərman preparatları səpələnib.”
Azərbaycanın gözəl dilbər guşələrindən olan Cənub bölgəsinin zümrüdü sayılan Masallı meşələri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqət mərkəzindədir.Belə ki, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Hidayət Novruzov bildirdi ki,meşələrin qorunması üçün bütün lazımı tədbirlər görülüb,həmçinin ağaclarda ziyanverici həşəratlar aşkarlandığı zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət qrup həmin əraziyə baxış keçirirlər. Onlar Xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərlə sirayətlənmiş ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirirlər.
Meşələri qorumaq, onu artırmaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daim diqqət mərkəzindədir və yaxın gələcəkdə bu sahədə əsaslı irəliləyişlərin əldə olunacağı da şübhəsizdir.

Gəlin biz də bir vətəndaş olaraq ana təbiətin bizə bəxş etdiyi əvəzsiz varlıq olan meşələri istirahətimizin xatirinə qurban verməyək!
Bolgexeber.com