BolgeXeber.Com » Ölkə » Bakıda saxta meyvə şirələri peyda olub - FOTOlar

Bakıda saxta meyvə şirələri peyda olub - FOTOlar

25-05-2016, 16:17
Oxunub: 4 393 Bakıda saxta meyvə şirələri peyda olub - FOTOlarPaytaxtda mənşəyi və keyfiyyəti məlum olmayan meyvə şirələri satışa çıxarılıb

Bolgexeber.com bildirir ki, bu barədə publika.az-a Azad İstehlakçılar Birliyindən (AİB) məlumat verilib.

Biz də bu problemi gün işığına çıxarmağa çalışdıq.

Aldığımız məlumata görə, üzərinə "Mega-pak" yazılmış albalı meyvə şirələrinin əslində hansı keyfiyyətə malik olduğu tam məlum deyil.

"Meyvə şirələrinin üzərindəki telefon nömrəsinə zəng vurduqda həmin nömrənin istehsalçı ilə bağlılığı olmadığı üzə çıxır. Telefona cavab verənlər bu nömrənin ev nömrəsi olduğunu deyirlər", - deyə AİB sədri Eyyub Hüseynov bildirib.

Bu sadalananlar bir yana, bununla bağlı başqa xoşagəlməz faktlar da var: "Meyvə şirəsinin qabının üstündəki etiketin altında tam başqa bir etiket də var. Bir-birlərindən fərqli etiketlər üst-üstə yapışdırılıb. Üstəlik malın yararlılıq müddətini bildirən etiketin altında başqa bir etiket də var. Bu şirələri bizə paytaxt sakinlərindən biri təqdim edib və araşdırma aparırıq".

İstehsalçının ünvanı Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi kimi göstərilib. Müəssisənin adı isə "İlqar MMC"-dir. Lakin qeyd etdiyimiz kimi, məhsulun üzərindəki əlaqə telefonu istehsalçıya məxsus deyil.