BolgeXeber.Com » Bölgə » Beyləqan: kanalizasiya üstündə kim obyekt tikir? - Foto

Beyləqan: kanalizasiya üstündə kim obyekt tikir? - Foto

25-05-2016, 16:55
Oxunub: 2 618 Beyləqan: kanalizasiya üstündə kim obyekt tikir? - FotoBeyləqanda 90 minlik tualet açılışının ardınca su və kanalizasiya xəttinin üstünün satılması xəbəri aranı qatıb

Vizual.Az-a verilən məlumata görə, rayonun icra başçısı Vaqif Abdullayev şəhərinin kanalizasiya xəttinin üstünü peşkəş edib.
Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir. Fotodakı ərazi Beylaqan şəhərin çıxışında bütün kanalizasiya xəttinin birləşdiyi yerdir.
Bu da kanalizasiya xəttinin sıradan çıxmasına səbəb ola bilər. Amma tikinti işləri hələ də davam edir. Bu faktı ictimailəşməsi belə fayda verməyib. Sakinlər isə təhlükəli vəziyyət yaranmasından narahatdır.
Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir. "Azərsu” ASC isə ya bu fakta göz yumur, ya da xəbəri yoxdur ki, yerli idarəsi Beyləqanda hansı işlərə imza atıb. Reallıq isə həmin fotoda öz əksini tapıb.
Beyləqan: kanalizasiya üstündə kim obyekt tikir? - Foto
Beyləqan: kanalizasiya üstündə kim obyekt tikir? - Foto