BolgeXeber.Com » Xəbərlər » İsrail Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Avinoam İdam Tərtərdə-FOTO

İsrail Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Avinoam İdam Tərtərdə-FOTO

25-05-2016, 17:59
Oxunub: 3 191 İsrail Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Avinoam İdam Tərtərdə-FOTOİsrail Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdam Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün Tərtər rayonunda səfərdə olub. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.

Bolgexeber.com xəbər verir ki, qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. M.Məmmədov cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Dünyasını dəyişənlərdən 2-si məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Sonra qonaq rayon rəhbəri ilə birlikdə Tərtər şəhərində, Qapanlı kəndində dağıntıya məruz qalmış mənzillərdə və Tərtər şəhər 6 saylı tam orta məktəbdə olmuş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuşdur.