BolgeXeber.Com » Siyasət »  “Rusiyada yoxsulların sayı 5 milyon nəfər artıb”

 “Rusiyada yoxsulların sayı 5 milyon nəfər artıb”

25-05-2016, 19:17
Oxunub: 3 034   “Rusiyada yoxsulların sayı 5 milyon nəfər artıb”Belousovun sözlərinə görə, Rusiya iqtisadiyyatı bütövlükdə böhran hallarını keçib və 2015-ci ilin ortalarında yeni bir tarazlıq tapıb

İqtisadi tənəzzül və rublun ucuzlaşması nəticəsində yaşayış minimumu gəlirləri aşağı düşən, ciddi problemlə üzləşən Rusiya vətəndaşlarının sayı artır. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bunu prezidenr Vladimir Putinin köməkçisi Andrey Belousov açıq şəkildə etiraf edib.

Belousovun sözlərinə görə, Rusiya iqtisadiyyatı bütövlükdə böhran hallarını keçib və 2015-ci ilin ortalarında yeni bir tarazlıq tapıb: “Biz bu tarazlığa yoxsulların sayının əhəmiyyətli dərəcədə artması baxımından çatmışıq. Gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşlar 13 faiz təşkil edir, böhrana qədər bu göstərici 10 faiz idi. Bu, faktiki 5 milyon yeni yoxsul deməkdir”.

Belousov qeyd edib ki, bu, ölkə üçün çox ciddi problemdir. Onun fikrincə, bu vəziyyətin aradan qaldırılması, yoxsulluğu böhrandan əvvəlki dövrə qaytarmaq üçün bir neçə il lazımdır.