BolgeXeber.Com » BÖLGƏ TV » Dünyanın 8 yaşlı qocası - VİDEO

Dünyanın 8 yaşlı qocası - VİDEO

26-05-2016, 09:39
Oxunub: 3 232 Dünyanın 8 yaşlı qocası - VİDEOXarici görünüşünə görə dostları tərəfindən məsxərəyə qoyulan balaca onlarla oyun oynamaqdan belə çəkinir

Kənardan baxanda yaşlı adama bənzəyir. Lakin 8 yaşı var. Türkiyənin Batman şəhərində yaşayan Məhmət Adəm Abdulməcidin bu cür görünməsinə səbəb onun nadir "erkən yaşlanma xəstəliyi"ndən əziyyət çəkməsidir.

Bolgexeber.com atv.az-a istinadən bildirir ki, xəstəlik səbəbilə Məhmətin bütün həyatı, demək olar ki, alt-üst olub. Xarici görünüşünə görə dostları tərəfindən məsxərəyə qoyulan balaca onlarla oyun oynamaqdan belə çəkinir. Elə buna görə də, bütün gününü tək başına keçirir. Yalnız xarici görünüşündə deyil, Məhmətin orqanizmində də sürətlə qocalma gedir. Ən böyük problemi isə nəfəs darlığıdır.

Övladının gün keçdikcə qocaldığını görən ana aidiyyəti qurumlardan onlara yardım əli uzatmalarını, həkimlərdən oğlunun dərdinə dərman tapmalarını xahiş edir.