BolgeXeber.Com » İdman » "Qarabağ" yenə "qızıl dubl" etdi-VİDEO

"Qarabağ" yenə "qızıl dubl" etdi-VİDEO

26-05-2016, 10:22
Oxunub: 3 400 "Qarabağ" yenə "qızıl dubl" etdi-VİDEODünən Azərbaycan kubokunda final oyunu keçirilib

Qol.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.


25 may (çərşənbə)

Azərbaycan kuboku, final

20:00.“Qarabağ” – “Neftçi” - 1:0
Qol: Migel Madera, 119 (1:0)
Qırmızı vərəqələr: Erik Ramos, 120+1 ("Neftçi"), Reynaldo, 120+3 ("Qarabağ")
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu