BolgeXeber.Com » Dünya » "Savçenko kimi Krım və Donbası da qaytaracağıq" — Poroşenko

"Savçenko kimi Krım və Donbası da qaytaracağıq" — Poroşenko

26-05-2016, 11:57
Oxunub: 2 626 "Savçenko kimi Krım və Donbası da qaytaracağıq" — PoroşenkoPrezident Poroşenko Nadejda Savçenkoya Ukraynanın Milli Qəhrəmanı adı verib və onu dövlət mükafatı ilə təltif edib

Ölkə.Az xəbər verir ki, Petro Poroşenko ukraynalı hərbçi və Ali Radanın deputatı Nadejda Savçenkonun vətənə qaytarılması ilə bağlı keçirilən brifinqdə danışıb.

O, bildirib ki, Ukrayna Savçenkonun azad edilməsindən sonra Krım və Donbası da qaytaracaq".

Ukraynanın dövlət başçısı Savçenkonun qaytarılmasını Ukraynanın ümumi qələbəsi kimi qiymətləndirib.

Brifinqdə çıxış edən pilot xanım isə bunları söyləyib:

"Mən insanların müharibə arzulamasını istəmirəm, onlar sülh içində yaşamalıdırlar. Lakin, təəssüf ki, bəzən işlər elə həddə çatır ki, sülh yaratmaq üçün müharibə etmək lazım gəlir".