BolgeXeber.Com » Gündəm » I müavin Yardımlıda narazılıq yaradır: Azər Xamıyevin əsl məqsədi...

I müavin Yardımlıda narazılıq yaradır: Azər Xamıyevin əsl məqsədi...

26-05-2016, 12:16
Oxunub: 2 804 I müavin Yardımlıda narazılıq yaradır: Azər Xamıyevin əsl məqsədi...Azər Xamiyev Yardımlıda narazılardan ibarət böyük ordu formalaşdırmağa müvəffəq olub

Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Yardımlı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Yeni başçıının rayona gəlişi isə heç də hadisəsiz ötüşməyib.
Savash.org-un yerli mənbələrdən əldə etdiyi məlumata görə, Ayaz Əsgərov Yardımlıda işə başladığı ilk gündən kifayət qədər narazı sakinlə söhbətləşməli olub. Mənbənin sözlərinə görə, keçmiş başçı Sevinbir Hətəmovun Salyan RİH başçısı təyin olunmasından sonra Yardımlı rayonunun idarəçiliyi müvəqqəti olaraq RİH başçısının birinci müavini Azər Xamıyevə həvalə olunmuşdu. Görünən isə odur ki, ötən qısa müddət kəsiyində Azər Xamiyev Yardımlıda narazılardan ibarət böyük ordu formalaşdırmağa müvəffəq olub. Sakinləri qəbul etməyən, onları müxtəlif bəhanələrlə başından edən birinci müavin həmin taktikanı indi də davam etdirməkdədir.
Əldə etdiyimiz məlumata görə, bu günlərdə yeni icra başçısı ilə görüşərək problemlərini ona deməyə çalışan bir qrup sakin məhz Azər Xamiyevin ucbatından RİH binasının qarşısında saatlarla gözləməli olub. Yalnız icra başçısı Ayaz Əsgərovun məsələyə müdaxiləsindən sonra sakinlər RİH binasına daxil ola biliblər.
Azər Xamıyevin bu yolla yebi icra başçısını informasiya blokadasında saxlamaq istəməsi və proseslərə öz nəzarətini tətbiq etmək niyyətində olduğu bildirilir. Bununla bağlı daha geniş bilgini isə yaxın günlərdə təqdim edəcəyik.
Bolgexeber.com