BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto

Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto

26-05-2016, 19:07
Oxunub: 2 874 Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -FotoRusiyada 23 yaşlı azərbaycanlı qadın Gülnar Həbibova 22 aprel gecəsi itkin düşüb

Hadisə Sankt-Peterburqda qeydə alınıb. Hadisədən bir gün öncə anasıyla telefonla danışan qız ərinə şam yeməyi hazırladığını bildirib. Ancaq həmin günün səhəri qız qəfil yoxa çıxıb.

Samir və Gülnar 15 aprel tarixində ailə həyatı qurub. Onlar evləndikdən sonra Marşal Jukov prospektindəki mənzildə yaşamağa başlayıb. Səhər saatlarında Gülnar Tibb İnstitutuna getməli idi. Amma qız yoxa çıxıb və onun telefonu söndürülüb. Samirin sözlərinə görə, o evdən səhər saatlarında çıxıb.

O vaxtdan Həbibovadan heç bir xəbər çıxmayıb. Valideynləri, dostları, könüllülər və polis bir aydan çoxdur ki, Gülnarı axtarırdı. Polis araşdırmasından məlum olub ki, əslində Gülnar itkin düşməyib. Onu həyat yoldaşı Samir qətlə yetirib. Hazırda müstəntiqlər Samiri sorğu-sual edirlər. Onun günahını boynuna alıb-almaması hələlik məlum deyil. İstintaq Komitəsində bu informasiya açıqlanmır.

Gənc cütün yaxınları bildirib ki, Samir çox qısqanc biri olub. O, həyat yoldaşını anasından başqa heç kimlə ünsiyyət qurmağa qoymurdu. Samir Gülnarın sosial şəbəkələrdəki hesablarını da bağlatdırıb. Maraqlısı ondadır ki, Gülnarın itkin düşməsi barədə Samir məhz özü polisə müraciət edib. O, hətta bir neçə gün axtarışlarda da iştirak edib, amma daha sonra yoxa çıxıb.(BAKU.WS)

***

Qətldə onun həyat yoldaşı şübhəli bilinir.

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan Gülnar Vəliyevanın meyiti şəhərin Petrodvoretsk rayonunda meşədə tapılıb.


Xatırladaq ki, bu il aprelin 15-də toyu olan Gülnar Vəliyeva həmin hadisədən bir həftə sonra - aprelin 22-də itkin düşmüşdü.

Həmin zaman Gülnarın əri Samir Həbibov onun evdən çıxaraq rəfiqələri ilə həkimə getdiyini bildirmişdi.

“Hətta bir dəfə ağzından qaçırdı ki, “bu vərəqələri yaymaq ümumiyyətlə nəyə lazımdır ki?” Evdə Gülnarənin hər iki pasportu tapılıb – həm rus, həm də xarici”, - deyə, həmin günlərdə Gülnarın rəfiqələri danışmışdılar.

Polislərin apardığı təhqiqatların nəticəsi olaraq, mayın 26-da Gülnarın həyat yoldaşı Samir saxlanılıb.

Saxlanıldıqdan sonra verdiyi ifadələrə əsasən, Həbibov Gülnarı ehtiyatsızlıqdan öldürüb.

Samir 2016-cı ilin aprel ayının 22-də Sankt-Peterburqda Marşal Jukov prospektində yerləşən mənzildə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir.

“2016-cı ilin mayın 26-da Petrodvoretsk meşə massivində şübhəli bilinən şəxsin iştirakı ilə aparılan istintaq əməliyyatları nəticəsində itkin düşmüş şəxsin meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi-məhkəmə ekspertizası təyin edilib”, - İstintaq Komitəsinin Sankt-Peterburq üzrə mətbuat xidmətindən bildiriblər.

15:27

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan Gülnarə Vəliyevanın meyiti meşədə tapılıb.

Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.

Vəliyevanın atası Şücaət Vəliyev bildirib ki, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb:

“Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq. Bir neçə gün bundan qabaq yeznəni tutublar.

O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?”.

Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto
Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto
Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto
Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto
Azərbaycanlı bəy 7 günlük həyat yoldaşını öldürüb polisi çaşdırdı -Foto