BolgeXeber.Com » İdman » Türkiyə kubokunun qalibi məlum oldu-VİDEO

Türkiyə kubokunun qalibi məlum oldu-VİDEO

27-05-2016, 11:15
Oxunub: 3 349 Türkiyə kubokunun qalibi məlum oldu-VİDEOMatçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub

Türkiyə kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə İstanbul derbisi baş tutub.

Türkiyə Superliqasında çempionluğu son anda əldən verən “Fənərbaxça” ölkə kubokunda da məğlubiyyətə üzülüb. Bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı məhz bu mövsüm çəkmək istəyən "Qalatasaray" minimalhesablı qələbəyə sevinərək kuboku başı üzərinə qaldırıb.

Matçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub. O, künc zərbəsindən sonra başla fərqlənib.

Türkiyə kuboku
Final
26 may

"Qalatasaray" - "Fənərbaxça" - 1:0
Qol: Podolski, 31

Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel, Esat Sancaktar
Antalya stadionu