BolgeXeber.Com » Gündəm » “General Motors”müştərilərini necə aldadır? VİDEO

“General Motors”müştərilərini necə aldadır? VİDEO

27-05-2016, 21:00
Oxunub: 3 129 “General Motors”müştərilərini necə aldadır? VİDEO“Chevrolet Azərbaycan” avtomobilləri satarkən zəmanəti olduğuna qarant verir,lakin bölgələrdə yaşayan sürücülərin avtomobillərinə ziyan dəydiyi halda şirkətin nümayəndələri avtomobili yalnız Bakıya gətirdikləri halda təmir edəcəklərini deyirlər

Bütün günü televiziyaları, sosial şəbəkələri öz reklamları ilə zəbt edən və dirnaqarası cəlbedici şərtlərlə avtomobil təklif edən “General Motors” şirkəti öz alıcılarına fırıldıq gəlir.Belə ki, real alıcılar avtomobil salonlarına yaxınlaşdıqları zaman deyilənlərin tam əksi ilə qarşılaşırlar. Əməkdaşlarımız “Chevrolet”-in Azərbaycanda rəsmi dilleri olan və Qələbə dairəsində yerləşən “Performance Center”-ə yaxınlaşaraq avtomobil almaq istədiklərini deyiblər.Lakin şirkətin əməkdaşları alıcılara bildiriblər ki, “biz ofisdəki avtomobilləri satmırıq,avtomobillərimiz maşın bazarındadır,gedib ora baxa bilərsiniz”... Bunun isə yalnız bir səbəbi var,vergidən yayınmaq. Bəli onlar öz avtomobillərinin çox hissəsini maşın bazarında və digər yerlərdə saxlayaraq,satırlar ki, vergidən rahatlıqla yayına bilsinlər.

Bizə şikayətçi sürücülər tərəfindən daxil olan məlumatda deyilir ki,“Chevrolet Azərbaycan” avtomobilləri satarkən zəmanəti olduğuna qarant verir,lakin bölgələrdə yaşayan sürücülərin avtomobillərinə ziyan dəydiyi halda şirkətin nümayəndələri avtomobili yalnız Bakıya gətirdikləri halda təmir edəcəklərini deyirlər.Təbii ki,onlar müəyyən məbləğdə pul xərcləyərək avtomobili evakuaturla gətirməyə məcbur olurlar.Çox zaman isə onlar təmirdən yayınaraq ,sürücüləri min bir bəhanələrlə süründürürlər.
Onu da qeyd edək ki,sığortası olan avtomobillər qəzaya düşdükləri zaman sürücülər onun sığortasını da almaqda çətinlik çəkirlər.
BTV-yə daxil olan digər məlumatda isə deyilir ki,bu cür çirkli işləri “General Motors”-un rəhbəri Qabil Məmmədovun bacısı oğlu həyata keçirir.
Mövzu ilə bağlı araşdırmalarımız hələ davam edir!
Bolgexeber.com