BolgeXeber.Com » Bölgə » Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR

Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR

27-05-2016, 19:19
Oxunub: 4 282 Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLARBu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur

Bayram münasibəti ilə Cəlilabadda ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakmiyyəti başçısı, aparat işçiləri, hüquq -mühafizə orqanları və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri, fəal gənclər, ziyalılar və məktəblilər iştirak etmişdir. Tədbir möhtəşəm konsert proqramı ilə davam etmişdir.

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub. 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
Bolgexeber.com
Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR
Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR
Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR
Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR
Cəlilabadda "28 May Respublika Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi-FOTOLAR