BolgeXeber.Com » BÖLGƏ TV » “Yeraz Mehman” bu dəfə Xırdalanda qumarxana açdı (Video)

“Yeraz Mehman” bu dəfə Xırdalanda qumarxana açdı (Video)

27-05-2016, 19:21
Oxunub: 3 622 “Yeraz Mehman” bu dəfə Xırdalanda qumarxana açdı (Video) Xırdalanın Heydər Əliyev prospektində köhnə bazarla üz bə üz yeni binanın birinci mərtəbəsində kazinoya kimlər (krişalıq) edir?

Reportyor.tv-yə daxil olan məlumata əsasən Xırdalan şəhərində qanunsuz qumarxana fəaliyyət göstərir. Belə ki, məlumatın doğruluğunu yoxlamaq üçün adıçəkilən ünvana Reportyor.tv-nin əməkdaşını yolladıq. Qumarxanaya daxil olduğundan çıxana kimi video lentə alan əməkdşımız faktın doğruluğunu təstiq edərək özü də bir oyun Loto oynayaraq hət da bir manat belə pul udduğunu lentə alıb. Kazinonun kimlər tərəfindən işlədilməsini gizlədilməsi maraq doğuran məqamlardan biri olur. Belə ki, oyuna başlamamışdan əvvəl çek yazan cavan oğlandan tutmuş “ofsiant” -a kimi hamısı adını deməkdən çəkinir. Ancaq bir çox söz-söhbətdən sonra kazinonu “Yeraz Mehman” adlı bir şəxsin işlədilməsi dilə gəlir. Ancaq nə qədər cəhd etsəkdə “Yeraz Mehmanın” əlaqə telefonun əldə edə bilmədik ki, onun bu kazino ilə əlaqələrinin olub olmamasını dəqiqləşdirək. Mövzu diqqətimizdədir, araşdırmamız davam edir.