BolgeXeber.Com » Xəbərlər » Naftalanın yeni icra başçısı kim olacaq? - Çəkişmə

Naftalanın yeni icra başçısı kim olacaq? - Çəkişmə

28-05-2016, 10:40
Oxunub: 2 114  Naftalanın yeni icra başçısı kim olacaq? - Çəkişmə Ölkəmizin tibb turizminin əsas şəhərlərindən sayılan Naftalanda məmur özbaşınalıqları bitib-tükənmək bilmir

Qeyd edək ki, şəhərin icra başçısı Natiq Aslanovun işdə yol verdiyi nöqsanlar, habelə Naftalana ayrılan büdcə vəsaitlərini düzgün xərcləməməsi barədə indiyə kimi bir-birindən maraqlı iddialar səsləndirilib. Bu gün isə sizə Naftalan şəhər bələdiyyəsinin sədri Mahir Məmmədovun törətdiyi qanunsuzluqlardan söz açmaq istəyirik. Əvvəlcə isə qısaca qeyd edək ki, Naftalan şəhər bələdiyyəsi 11 üzv və 4 komissiyadan ibarətdir. Bələdiyyə Naftalan şəhərində aparılan sosial məsələlərlə bağlı işlər görməlidir. Belə ki, Naftalan kurort şəhəri olduğuna görə xüsusilə yaşıllıqların salınması, şəhərin təmizlənməsi ilə bağlı işlər ön plana çəkilir. Gundelik-baku.com-a verilən məlumatlarda isə bildirilir ki, bələdiyyə sədri ona tapşırılan işləri uğurla icra edə bilmir: «Məsələn, bələdiyyənin mülkiyyətində olan Qələbə parkı baxımsızlıqdan əziyyət çəkir. Sədr demək olar ki, hər ay bu parkda ağac əkir. Həmçinin bir müddət əvvəl bələdiyyə mülkiyyətində olan ağacların suvarılması üçün artezian quyusu qazılıb. Bu işlərin həyata keçirilməsi üçün istifadə olunan vəsait sənəd üzərində dəfələrlə şişirdilib. Nəticədə külli miqdarda vəsait göyə sovrulmuş olub. Sədrin digər yeyinti obyekti bələdiyyənin tabeliyində olan xeyir-şər evidir. Mahir müəllim tez-tez buranı «təmir» etdirərək müəyyən niyyətlərini həyata keçirmiş olur». Məlumatlı mənbənin sözlərinə görə, dövlətin bələdiyyəyə ayırdığı dotasiya, həmçinin yığılan vergi vəsaitləri də sədrin şəxsi maraqları naminə istifadə olunur. Mahir Məmmədovla bağlı ən ilginc məqam isə onun Naftalanın icra başçısı Natiq Aslanovun yerinə iddia etməsidir. Deyilənə görə, bələdiyyə sədri vəzifəsi ilə yetinmək istəməyən sədr tezliklə rayonun başçısı olmaq arzusundadır. Hətta onun bu məqsədlə bəzi şəxslərə minnətçi düşdüyü bildirilir. Bu haqda yaxın günlərdə daha ətraflı məlumat verməyə çalışacağıq.