BolgeXeber.Com » Bölgə » Əhməd Əhmədzadə ilə 20 faizlik «anlaşma» əldə edən məmur öz bildiyini edir - Siyəzəndə NARAZILIQ

Əhməd Əhmədzadə ilə 20 faizlik «anlaşma» əldə edən məmur öz bildiyini edir - Siyəzəndə NARAZILIQ

28-05-2016, 10:45
Oxunub: 4 184 Əhməd Əhmədzadə ilə 20 faizlik «anlaşma» əldə edən məmur öz bildiyini edir - Siyəzəndə NARAZILIQAzərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvəllərindən bu sahəyə daha çox fikir verilib və inkişaf etdirilməyə başlanıb

Ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda torpaq iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açır. Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldurlar. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb. Qeyd edək ki, son illər regionlardan su çatışmazlığı, qıtlığı, problemi ilə bağlı şikayətlər dəfələrlə artıb. Həmin rayonlarımızdan biri də Siyəzəndir. Gundelik-baku.com bildirir ki, bu rayonda kənd təsərrüfatı üçün yararlı torpaqlar olsa da, kənd təsərrüfatı ilə az insan məşğul olur. Buna səbəb suvarma suyu qıtlığıdır. Əldə etdiyimiz məlumatlara görə, Siyəzən rayon Suvarma Sistemləri İdarəsinin rəisi Niyazi Qədimov aqrar sektorun inkişafına münbit zəmin yaratmır. Xatırladaq ki, bir müddət əvvəl Siyəzən şəhərinin yaxınlığında yerləşən Böyük Həmyə kəndinin fermerləri sahələrini rayonun kanalizasiya suları ilə suvardıqlarını bildirmişdilər: «Son illər yaranan susuzluq ucbatından ərazilər məhv olub. Torpaqlar şoran olduğundan, üstəgəl də su olmadığına görə məhsullarımız hamısı yanıb gedir. Əvvəllər kəndin aşağı hissəsindən keçən Samur-Abşeron su kanalına su verildiyinə görə az da olsa əkin sahələrini suvara bilirdik. Amma kanala suyun verilməsi dayandırıldığına görə vəziyyət dözülməz hal alıb». Bizə verilən məlumatda bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da rəhbərlik tərəfindən geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul əldə olunur: «Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. İdarənin rəisi vaxtının çox hissəsini öz işlərinə ayırır. Niyazi müəllim demək olar ki, hər gün dostları ilə kef məclisləri quraraq yeyib içib əylənir. Rəisin bu tip işləri «Meliorasiya və Su Təsərüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin nəzərindən bir an belə yayınmır. Hətta Əhməd müəllim tədbirlərin birində idarə rəhbərinə ləqəb də verib. Niyazi Qədimovu kefli görən Əhməd Əhmədzadə ona «ağ atlı oğlan» ləqəbini verib. İdarəyə ayrılan dövlət vəsaitinin iyirmi faizini Əhməd Əhmədzadəyə ötürən Niyazi Qədimov ASC rəhbərinin etimadını qazanıb. Məhz buna görə də Siyəzəndə fermerlər ciddi problemlərlə üz-üzə qalıblar». Niyazi Qədimovun qanundan kənar əməlləri bununla bitmir. Növbəti yazımız Siyəzən Suvarma Sistemləri İdarəsinin keçirdiyi qaranlıq tender əməliyyatları ilə bağlı olacaq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.