BolgeXeber.Com » Xəbərlər » Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edib

Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edib

28-05-2016, 11:59
Oxunub: 2 233 Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin edibRasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansının Baş katibi olub

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq Baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar müşaviri təyin edib.

Müvafiq fərman mayın 27-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.

“Anders Foq Rasmussen Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin”, - fərmanda deyilir.

Qeyd edək ki, Anders Foq Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansının Baş katibi, 2001-2009-cu illərdə isə Danimarka hökümətinə rəhbərlik edib.