BolgeXeber.Com » Ölkə » Lerikdə ot üstünda dava: 72 yaşlı kişini baltalayıb, oğlunun qulaqlarını ailəsinin gözü önündə kəsdilər - FOTO,VİDEO

Lerikdə ot üstünda dava: 72 yaşlı kişini baltalayıb, oğlunun qulaqlarını ailəsinin gözü önündə kəsdilər - FOTO,VİDEO

28-05-2016, 16:10
Oxunub: 3 401 Lerikdə ot üstünda dava: 72 yaşlı kişini baltalayıb, oğlunun qulaqlarını ailəsinin gözü önündə kəsdilər  - FOTO,VİDEOHazırda Lerikin Veri kəndində istintaq və əməliyyat-axtarış qrupları işləyir

Bu gecə Lerik rayonunun Veri kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Lent.az-ın məlumatına görə, gecə saatlarında 72 yaşlı Əbil İsiyevin evinə gələn qohum və qonşulardan ibarət dəstə üzvləri onu baltaladıqdan sonra oğlu, 37 yaşlı Rafael İsiyevin qulaqlarını kəsib. Ata və oğlunu döydükdən sonra onlar 37 yaşlı kişinin qulaqlarını elə ailə üzvlərinin gözü qarşısında balta ilə tamamilə kəsiblər.

Səhər saatlarında ata və oğlu təcili tibbi yardım maşını iləı Lənkəran şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı 72 yaşlı kişinin həyatı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib və Əbil İsiyev ambulator müalicəyə yazılıb. Onun oğlu isə xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirib ki, R.İsiyev xeyli qan itirib və onun qulaqlarını yerinə tikmək mümkün deyil. Bərpaolunma prosesindən sonra R.İsiyevə ixtisaslaşmış xəstəxanalardan birində protez qulaq qoymaq mümkün olacaq.

Hazırda Lerikin Veri kəndində istintaq və əməliyyat-axtarış qrupları işləyir. Hadisəni törədən şəxslərin kimliyi gün ərzində dəqiqləşdiriləcək və məsuliyyətə cəlb olunacaqlar.

*****

11:00

Lerikdə ata və oğlu baltalanıb.

Bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Araşdırmalar onların hücum edənlərin H. İsiyevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olması müəyyən edilib.

Məlumata görə, adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.

Faktla bağlı araşdırma aparılır.