BolgeXeber.Com » Analitika » Mətbuata ən qapalı deputatlar – SİYAHI

Mətbuata ən qapalı deputatlar – SİYAHI

2-07-2012, 17:20
Oxunub: 5 433 IV çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyasının başa çatması millət vəkillərinin fəaliyyəti ilə bağlı mövzunu yenidən gündəmə gətirib.

Deputatların parlamentdəki fəaliyyəti, seçicilərə olan münasibəti, eyni zamanda ictimaiyyət və KİV-lə olan əməkdaşlığı hazırda cəmiyyətdə müzakirə olunan aktual mövzulardan biridir.
Milli Məclisin fəaliyyətini daim diqqətdə saxlayan Qaynar.info bu dəfə jurnalistlərlə əməkdaşlıqdan yayınan, mandat daşıdığı iki il müddətində ölkədə və dünyada baş verən proseslərlə bağlı mətbuata demək olar ki, heç bir mövqe bildirməyən millət vəkilləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı dövrü mətbuatın təhlili, eyni zamanda “Google” beynəlxalq axtarış sisteminin verdiyi imkanlardan istifadə olunub. Beləliklə, jurnalistlər arasında özü haqqında qapalı imic formalaşdıran, mətbuatda hər hansı mövzuyla bağlı açıqlamalarına demək olar ki, rast gəlinməyən millət vəkillərinin siyahısını təqdim edirik:

Ağalar Vəliyev – 11 saylı Qaradağ seçki dairəsi
Xanlar Fətiyev – 39 saylı Kəpəz I (Gəncə) seçki dairəsi
Muxtar Babayev – 43 saylı Sumqayıt üçüncü seçki dairəsi
Tahir Süleymanov – 54 saylı Şabran-Siyəzən seçki dairəsi
Arif Əşrəfov – 55 saylı Xaçmaz şəhər seçki dairəsi
Fərhad Qəribov – 57 saylı Kürdəmir seçki dairəsi
Rüstəm Xəlilov – 64 saylı Sabirabad ikinci seçki dairəsi
Malik Həsənov – 67 saylı Cəlilabad şəhər seçki dairəsi
Mirkazım Kazımov – 68 saylı Cəlilabad kənd seçki dairəsi
Əsabil Qasımov – 79 saylı İmişli seçki dairəsi
Ərəstun Cavadov – 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
Mahir Aslanov – 93 saylı Goranboy Naftalan seçki dairəsi
Rafiq Məmmədhəsənov – 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Azər Kərimli – 112 saylı Qax seçki dairəsi
Nazim Fərəcov – 123 saylı Laçın seçki dairəsi


Azər Niftiyev, QayNar