BolgeXeber.Com » BÖLGƏ TV » "Avtoş"luq edib öz videosunu yaydı - Həbs olundu - VİDEO

"Avtoş"luq edib öz videosunu yaydı - Həbs olundu - VİDEO

29-05-2016, 11:08
Oxunub: 4 209 "Avtoş"luq edib öz videosunu yaydı - Həbs olundu - VİDEOVahid Ələkbərovun müavininin oğlu həbs edildi

Məhkəmə “Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan Şamsuarov haqda qərar çıxarıb. “Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, Ruslan 15 sutkalıq inzibati həbs alıb. O, polisə tabe olmamaq maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, Ruslan Şamsuarov bir neçə gün öncə “Gelandewagen” avtomobili ilə Moskvada dostları ilə birgə “avtoşluq” edib. Onları saxlamağa çalışan polisləri ələ salmağa başlayan gənclər hətta polisdən qaçışı videoya da çəkiblər.
Xatırladaq ki, Azat Şamsuarov “Lukoyl”un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavinidir.