BolgeXeber.Com » Analitika » İrandan daha bir təxribat xarakterli addım

İrandan daha bir təxribat xarakterli addım

2-07-2012, 18:05
Oxunub: 5 115 Molla rejimi bu dəfə dindar qadınları ələ almaq niyyətindədir

Zaman-zaman Azərbaycana qarşı qərəzli, şantajçı, özündə heç bir həqiqəti əks etdirməyən davranışları ilə seçilən qonşu İran dövləti eyni zamanda təxribat xarakterli addımlar atmağı da özünün "daxili siyasəti" kimi müəyyənləşdirib. Fars-molla siyasi idarəçiliyinin bu tipli addımları arxasında həm bu ölkənin mətbuatı, həm də həmin mətbuata gizli, yaxud da açıq dəstək göstərən rəsmi şəxsləri dayanır. Bu baxımdan, özlərini İslam dininin ali təmsilçiləri kimi qələmə verən ayətullahlar toplumu hər dəfə özlərindən yeni plnalar icad edərək, anti-Azərbaycan xarakterli addımlar atamaqda israrlı olduqlarını gizlətmirlər.

Keçiriləcək qondarma konfransın məramı nədən ibarətdir?

Əldə etdiyimiz informasiyalara görə, yaxın günlərdə, təqribən iyul ayının 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində dindar qadınların iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılıb. Həmin konfransın məramı və məqsədi növbəti dəfə Azərbaycana qarşı böhtan xarakterli, eləcə də İran molla rejiminin qərəzli siyasətinə cavab verə biləcək tendensiyaların qabardılmasından ibarətdir. Belə ki, həmin qondarma beynəlxalq konfransa Azrbaycanda yaşayan dindar qadınların cəlb olunması istiqamətində işlərin aparılması qonşu dövlətin rəsmi dini qüvvələrinin maraqlarındadır.
Əldə olunmuş digər informasiyalara görə, ölkəmizin bölgələrinə turist kimi səfər edən həmin dairələrdən olan şəxslər 18-45 yaş arasında olan qadınları İrana aparmaqla, həmin konfransın iştiralçısına çevirmək istəyirlər.

Molla rejiminin ölkəmzdə dini zəmində çaxnaşmaların salınması istiqamətində daha hansı planları var?

Bu yaşlar arasında olan qadınlara şirnikləndirici təkliflər də edilib. Belə ki, əgər onlar sözügedən anti-Azərbaycan meylli qərəzləri keçiriləcək konfransda ifadə etsələr, eləcə də İranın yazılı və elektron mətbuatında həmin ölkənin jurnalistləri tərəfindən onlara verilən sualları tələb olunan variantlarda cavablandırsalar, qadınlara kifayət qədər maddi vəsaitlər veriləcəkdir.
Bu isə onu deməyə əsas verir ki, İran bu dəfə daha kirli və daha məkrli planlarını reallaşdırmaq istiqamətində çabalarını səngitmir, əksinə, həmin mənfur addımlarını artırmaqla məşğuldur. Onu da qeyd etmək mümkündür ki, Azərbaycanın daxili işlərinə öz təbirlərincə müdaxilə etməyə can atan molla rejiminin daha bir neçə planları mövcuddur və həmin planların tərkib hissəsində ölkəmzdə dini zəmində çaxnaşmaların salınması istiqamətində informasiyalar yer alır.
Qeyd edək ki, əldə edilən informasiyalar haqqında ölkə ictimaiyyətinə daha səhih məlumatlar veriləcək. Mövzunu davam etdirəcəyik.

RÖVŞƏN NURƏDDİNOĞLU