BolgeXeber.Com » Gündəm » Barak Obama prezident İlham Əliyevi təbrik edib

Barak Obama prezident İlham Əliyevi təbrik edib

14-11-2010, 01:45
Oxunub: 5 358

ABŞ dövlət başçısı Qurban bayramı münasibəti ilə ən xoş arzularını ifadə edib

Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Barak Obama Azərbaycan xalqı və prezident İlham Əliyevi Qurban bayramı münasibəti ilə təbrik edib.

"Hörmətli cənab prezident,
Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur.
Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər.
Sizə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyirəm", -deyə Barak Obamanın təbrik məktubunda qeyd edilib.