BolgeXeber.Com » Bölgə » Zərdabı talayan trio kimdir? - FOTO

Zərdabı talayan trio kimdir? - FOTO

9-06-2016, 11:11
Oxunub: 2 774 Zərdabı talayan trio kimdir? - FOTOŞəmsi Əhmədov bildirir ki, bina və yolların təmiri isə icra başçısının Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun oğluna məxsus müəsissə tərəfindən həyata keçirilir

JAM.AZ-a müraciət edən rayon sakini Şəmsi Əhmədov bildirir ki, Zərdaba illərdir ayrılan dotasiyaların heç biri təyinatına uyğun paylanılmayıb və xərclənməyib.
O qeyd edir ki, əhalisi 57 min nəfərə yaxın olan rayonun bu ilki büdcəsinin gəlir hissəsi 3,151 milyon manat təşkil edir. Amma buna paralel olaraq, xərc hissəi 13 849 063 manat müəyyən edidlib ki, bu da təxminən 10.698.063 manat kəsr deməkdir. «Təbii ki, kəsri dövlət büdcəsi hesabına bağlayacaqlar. Amma nəzərə alaq ki, bu büdcə ilə adambaşına 190 manata yaxın dotasiya düşür ki, onu da görən yoxdur».
Şəmsi Əhmədov qeyd edir ki, Zərdabın icra başçısı Lütfəli Babayev gələn gündən əsas işi torpaq və mağaza yerlərini satmaqla, kitabxanaları, dövlət qurumlarının işçilərinin əmək intizamını yoxlamaq, bir bəhanə ilə onları işdən azad etmək, habelə yalvar-yaxar edənləri müəyyən maraqlar qarşılığında yerinə qaytarmaqdan ibarətdir.

Şikayətçi vurğulayır ki, Lütfəli Babayev rayonun Azərbaycan küsəsində yerləşən Mərkəzi Xəstəxanının Təcili Tibbi Yardım Stansiyasının yolunun bir hissəsini mağaza üçün satıb. «Azərbaycan küçəsinin axırındakı köhnə uşaq xəstəxanası olan bina uzun illərdir yaşayış binası kimi əhaliyə verildiyi və təmirə ehtiyacı olduğu halda, rayonun abadlığı üçün ayrılmış vəsaitdən hələ də həmin binada heç bir təmir işi aparılmayıb.
Rayonun Nizami və Zərdabi küçələrində səkilərə düzülən plitələr “Region-post” MMC-də istehsal olunur. Bu müəsissənin rəhbəri Lütfəli Babayevin yaxın dostu Zabit Davudovdur. Həmin tikinti-təmir işlərini Zabit Davudovun oğluna məxsus müəsissə həyata keçirir. Rayona ayrılan vəsaitlərin əsas hissəsini Lütvəli Babayev Zabit Davudova və onun oğluna ötürməklə dairə qapanır».

Şəmsi Əhmədov bildirir ki, bina və yolların təmiri isə icra başçısının Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun oğluna məxsus müəsissə tərəfindən həyata keçirilir. «Şəhərdaxili təmir işlərinə ayrılan vəsaitə nəzarət edən şəhər meri bütün hallarda bu işləri Hafiz Kərimovun oğlu və Mehman adlı şəxsə məxsus müəsissələrə tapşırır və beləliklə Zərdabın pullu işləri Lütvəli Babayev-Zabit Davudov-Hafiz Kərimov və onların uşaqları tərəfindən reallaşdırılır».

Sözügedən şəxs vurğulayır ki, Lütfəli Babayev rayonda yaşıllıqların qənimi kimi ad çıxarıb. Onun sözlərinə görə, o, ağacları qırdırıb, yerini mağaza üçün satib. «Ağacları isə baxça və məktəblərə odun kimi sataraq, eyni işdən iki dəfə pul qazanmağa nail olub».

O deyir ki, rayonun girişində fəhlə qəsəbəsi var. «Buradakı adamların yaşayiş tərzini, sosial şəraitini görsəniz deyərsiniz ki, Allah düşmənimə də belə gün qismət etməsin! Lütfəli Babayev rayona ilk gəlişi illərində guya qəsəbənin arxitekturası pozulur deyə bəzi tikintiləri sökməyə start verdi.
İşbazları çox ustalıqla qorxuya düşən adamlardan kifayət qədər başçı üçün pul yığmağa nail oldular. İndi bu iş yenidən gündəmə gəlməyə başlayıb. Sizin üçün bu qəsəbədə salınmış şəhid Fərrux Eminovun adına küçə və ehsan bulağının 5-6 metrlik məsafəsinin foto mənzərəsini təqdim etmək məcburiyyətində qaldıq. O cümlədən təcili yardım yolunun üstündə satdığı yerlərin və digər sahələrin fotolarını sizlərlə tanış edirik».

Şəmsi Əhmədov sonda onu da bildirib ki, icra başçısının sevdiyi ən gözəl sənəd “Forma-2”-lərdir. Çünki bu sənədləri yazmaqla o, külli miqdarda pul qazana bilir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Zərdabı talayan trio kimdir? - FOTO
Zərdabı talayan trio kimdir? - FOTO
Zərdabı talayan trio kimdir? - FOTO