BolgeXeber.Com » Siyasət » İlham Əliyev: : Azərbaycanda internet azaddır, senzura yoxdur

İlham Əliyev: : Azərbaycanda internet azaddır, senzura yoxdur

9-06-2016, 11:24
Oxunub: 2 857 İlham Əliyev: : Azərbaycanda internet azaddır, senzura yoxdur"Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur"

Bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Dövlət başçısı, həmçinin Azərbaycanda internetin azad olduğunu diqqətə çatdırıb:

"Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir".