BolgeXeber.Com » Sosial » Ağdaşda ünvanlı sosial yardım kimlərə verilir?

Ağdaşda ünvanlı sosial yardım kimlərə verilir?

9-06-2016, 14:49
Oxunub: 3 820 Ağdaşda ünvanlı sosial yardım kimlərə verilir?Mahir Ağayevi imkanlı «müştərilər» maraqlandırır

Ağdaş rayon Sosial Müdafiə Mərkəzindən ünvanlı sosial yardım almaq istəyənlər problemlə üzləşiblər. JAM.AZ-a müraciət edən rayon sakinləri bildirirlər ki, ƏSMM-in direktoru Mahir Ağayevin bununla bağlı öz qaydaları var.
Onların bildirdiyinə görə, rayonda hazırda ünvanlı sosial yardım alanların böyük əksəriyyəti maddi imkanları normal olan şəxslərdir. Çünki Mahir Ağayev yardımları o şəxslərə verir ki, həmin adamlar vaxtında gəlib onu «görə» bilirlər. «Bu gün Ağdaş rayonunda ünvanlı sosial yardım alanların 80 faizi imkanlı şəxslərdir. Yerdə qalan 20 faizə isə yardım gözdən pərdə asmaq üçün verilib. Mahir Ağayevin hərəkətlərindən rayon camaatı da bezib».
Məlumat verən sakinlər bildirirlər ki, baş verənlərlə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yazıblar. Lakin onlara heç bir cavab verməyiblər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com