BolgeXeber.Com » Şou-Biznes » "Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdı

"Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdı

9-06-2016, 15:38
Oxunub: 18 013 "Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdıŞ.Tovuzlu deyib ki, bu xəbərlər “hansısa müğənnin sifarişi ilə” yazılıb

Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu haqqında yayılan iddialara münasibət bildirib

Müğənni Lent.az-a açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: “Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib”.

Ş.Tovuzlu deyib ki, bu xəbərlər “hansısa müğənnin sifarişi ilə” yazılıb: “Bu, mənim həyat tərzimi, populyarlığımı çəkə bilməyənlərin işidir. Bu cür söhbətlərlə məni sevənlərimin gözündən salmaq istəyirlər. Amma alınmayacaq”.

Müğənni onu da bildirib ki, elə bu gündən bu xəbəri yazanlar barədə Hüquq Mühafizə Orqanlarına şikayət edəcək: “Bu məsələyə hüquqi şəkildə cavab verəcəyəm”.

**
13:04
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi məlum olub.
Bolgexeber.com xəbər verir ki, bu gün musavat.com-da saytında yayımlanan məlumatda məşhur xanım müğənnilərdən birinin qadın alveri ittihamı ilə MTN-ə aparıldığı qeyd olunub.
"Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdı

Qafqazinfo saytı isə həmin müğənninin kimliyini öyrənə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova).
Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
"Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdı
"Yaşadığım insanla problemim olub..." - MTN-ə aparıldığı deyilən Şəbnəm Tovuzlu danışdı