BolgeXeber.Com » Bölgə » Nazim İsmayılov oğlu ilə bağlı xəbərləri necə gizlədir? - İDDİA

Nazim İsmayılov oğlu ilə bağlı xəbərləri necə gizlədir? - İDDİA

9-06-2016, 16:06
Oxunub: 3 561 Nazim İsmayılov oğlu ilə bağlı xəbərləri necə gizlədir? - İDDİADünən mediada Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun müxalifət mediasını maliyyələşdirməsı haqqında məlumat yayıldı

Məlumatda Nazim İsmayılovun müxalifət mətbuatını maliyyələşdirdiyi yazılsa da, konkret olaraq heç bir media orqanının adı çəkilmirdi. Amma bu xəbər medianın gündəminə də təsadüfən gəlmədi.

Qlobal.az məsələnin həqiqətə uyğun olub-olmaması barədə kiçik bir araşdırma aparıb. Nəzərinizə çatdıraq ki, Nazim İsmayılov ölkənin ən qocaman icra başçılarındandır. Göyçay (2001-2006), Şamaxı (2006- 2011) və hal-hazırda Sabirabadda üst-üstə 15 il icra başçısı postunda çalışıb. Və hələ də vəzifə başındadır. Mediada haqqında kifayət qədər neqativ məlumatlar yazılıb. Haqqında gedən ən son neqativ xəbər isə oğlu Anar İsmayılovun sosial şəbəkələrdə paylaşdığı 150 minlik Lexus-570 maşınının fotosuna görə olub. Müxalif mətbuat orqanlarını xüsusi maraqları olan hakimiyyət nümayəndələrinin maliyyələşdirmələri faktı dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da olub. Amma indi icra başçısları yalnız öz şəxsi maraqlarını və bizneslərini, övladlarının neqativ hallarını ört-basdır etmək üçün bu metodlardan istifadə edirlər.

Qeyd edək ki, RİH başçıları vəzifəsi buradakı "hakimiyyət nümayəndələri" kriteriyalarına o qədər də uyğun gəlmir. Çünki bu iş üçün icra başçısı vəzifəsi çox da böyük post sayılmır. Dünyanın və eləcə də Azərbaycanın ən yaxın siyasi tarixinə nəzər saldıqda görürük ki, müxalif media orqanlarını gizli formada maliyyələşdirən siyasi hakimiyyətin ən yuxarı təbəqələrində postu olan insanlardır. Məqsədləri isə real siyasi situasiyanın tələblərinə uyğun gəlməyən siyasi və iqtisadi ambisiyalarını həyata keçirməkdir. Sabirabad RİH-nin başçısı Nazim İsmayılovla bağlı olan bu iddia görəsən nədən qaynaqlanır? Bu suala da cavabı məhz Sabirabadda yaşanan rüşvət, korrupsiya və anarxiya, məmur övladlarının özbaşınalığı konteksindən cavab vermək olar.

Qlobal.az-a adının açıqlanmasını istəməyən media ekspertinin sözlərinə görə, "çox vaxt yüksək vəzifədə təmsil olunan insanların ən zəif yerləri ölkənin ictimai-siyasi həyatında həddən artıq "dəcəllik" edən övladları olub. Anar İsmayılovla bağlı mediada tirajlanan və təkzib olunmayan xəbər göstərdi ki, Nazim İsmaylov ciddi "dəcəlliklə" üz-üzədir". Yəni övladlarının dəbdəbəli həyatı onun üçün ciddi problem yaradıb.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Nazim İsmayılov oğlu ilə bağlı xəbərləri necə gizlədir? - İDDİA