BolgeXeber.Com » Bölgə » Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLAR

Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLAR

11-06-2016, 11:36
Oxunub: 4 263 Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLARZərdab RİH-nin başçısı Lütvəli Babayev şəhid ailəsinin hasarını qanunsuz adı ilə söküb

Bu barədə sosial şəbəkədə məlumat verən Coşqun Zərdabi adlı istifadəçinin statusunu nəzərinizə çatdırırıq:

“Bu gün Zərdab RİH-nin bascisi Lutvəli müəllim şəhid Əhmədov Əlimərdan Əli oğlunun evini söküb. Şəhid ailəsinə diqqət belə olmalidir? Cox sağ olun, bunu bizə oyrətdiyiniz ücün. Lütvəli müəllim, şəhid Əlimərdan səndən, məndən ötrü şəhid olub. Allahdan qorx, şəhidin ruhuyla oynama”.

Şəhid Əhmədov Əlimərdan Əli oğlu 8 may 1994-cü ildə cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Bolge.info xəbər verir ki, 2 həftədən artıqdır RİH-nin başçısı L.Babayev rayondakı bina evlərinin həyətindəki hasarlanmış əraziləri, qarajları, hamam və digər artırılmış tikililəri sökdürür. Sakinlərin narazılığına səbəb olan məqam isə söküntü işləri zamanı ayrı-seçkiliyə yol verilməsidir. Belə ki, bəzi imkanlı şəxslərin tikililərinə “sənədləri qaydasındadır” adı ilə toxunulmayıb. Halbuki “nümunəvi məhəllə”də bu cür tikililərin sənədləşdirilməsi mümkünsüzdür.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com
Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLAR
Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLAR
Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü - FOTOLAR