BolgeXeber.Com » Xəbərlər » Beyləqanda heyvan oğurluğu qalmaqalı

Beyləqanda heyvan oğurluğu qalmaqalı

13-06-2016, 10:36
Oxunub: 1 754 Beyləqanda heyvan oğurluğu qalmaqalıQısa müddətdən sonra Qəssab Əbdüləli və qardaşı Əlövsətin tövləsinə qədər gəlib çıxırlar

Son dövrlər Beyləqan rayonunda mal-qara və qoyunların oğurlanması halları xeyli artıb. Bu barədə JAM.AZ-a rayondan camaat məlumat verib.
Onlar bildiriblər ki, xüsusən də son dönəmlər qoyun oğurluğunun total şəkil alması camaatın canını boğaza yığıb. Zərərçəkənlər başlarına gələnlərlə bağlı Beyləqan rayon Polis Şöbəsinə şikayət etsələr də, səslərini eşidən olmayıb. Hətta o da deyilir ki, son bir ildə oğurluq hadisələrindən böyük əksəriyyətinin üzəri açılmayıb.
Daxil olan məlumata görə, bir qədər əvvəl Beyləqan və Füzulidə baş vermiş oğurluq hadisəsindən sonra Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları axtarışlara başlayırlar. Qısa müddətdən sonra Qəssab Əbdüləli və qardaşı Əlövsətin tövləsinə qədər gəlib çıxırlar. Məlum olur ki, həmin oğurlanmış heyvanların böyük əksəriyyəti elə bu qəssab qardaşların tövləsindəyimiş.
Maraqlıdır ki, həmin vaxt Beyləqan polisi yaxasını kənara çəksə də, həmin heyvanların tapılıb, sahiblərinə təhvil verilməsini Ağcabədi və Füzuli Polis Şöbələrinin əməkdaşların reallaşdırıblar.
Amma məsələ ilə bağlı rayonda heç də xoşagələn söhbətlər danışılmır. Rayon camaatı deyir ki, onlarda polis rəisi Füzuli Şıxəliyevə qarşı şübhə var. Və bunu da belə əsaslandırırlar ki, oğurluq heyvanların Əlövsət və Əbdüləlinin fermasından çıxmasanı baxmayaraq, onunla bağlı heç bir cinayət işi açılmayıb. Belə ki, Beyləqan Polis Şöbəsində hər iki şəxsi təqsirsiz hesab edib buraxıblar. Üstəlik, o da deyilir ki, Füzuli Şıxəliyevin həmin qəssablarla çox yaxşı münasibəti var.
Son dövrlər artan heyvan oğurluqları səbəbindən polis rəisinin ittiham edilməsi yaxşı hal deyil. Üstəlik, bu prosesə rəvac verəcək addımların atılması da polis rəisinə yaraşmayan cəhətdir. Görünür, Füzuli Şıxəliyev bir qədər boş davranması səbəbindən haqqında bu qədər söhbətin yayılmasına rəvac verib. Əks təqdirdə, oğurluq heyvanların qəssabın tövləsindən çıxması artıq araşdırılmalıydı. Və ya Beyləqanda baş verən olayların üstünü niyə Ağcabədi və Füzuli Polis Şöbəsinin əməkdaşları açmalıydılar? Görünür, Beyləqanın polis rəisi haqqında belə məlumatların yayılmasında özü maraqlıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.