BolgeXeber.Com » Xəbərlər » Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR

Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR

13-06-2016, 10:47
Oxunub: 1 851 Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev vəzifə səlahiyyətlərini aqaraq qanunsuz karyeer işlədir və bununla həm dövlətə, həm rayonun ekoloji vəziyətinə yüz min manatlarla ziyan vurur

Firudin Nağıyevin özbaşınalıqları sərhəd tanımır. İdarə rəisi bələdiyyə torpaqlarındakı təbii sərvəti öz atasının malı kimi istifadə edir və bu zaman nə dövlətə nə də bələdiyyəyə hesab vermək istəmir.
Bir qrup Neftçala rayon sakini Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubova, Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət edib. Müraciətdə sakinlər Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin qanunsuz əməllərindən, həmçinin qanunsuz gəlir əldə etmək məqsədi ilə bələdiyyəyə məxsus torpaqlarda dövlətin təbii sərvətini öz biznesi kimi istifadə etməsindən şikayətlənirlər.
Bizimesr.az-a daxil olan həmin şikayəti olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:
“Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev cənablarına

Surəti:Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov cənablarına

Surəti: Azərbaycan Respublikasının Vergilər NaziriFazil Məmmədov cənablarına

Surəti: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov cənablarına

Surəti: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov cənablarına
M Ü R A C İ Ə T
Hörmətli cənab Prezident!
Hörmətli cənab nazirlər!
Azərbaycan Respublikasının Konstitusiyasının bizə verdiyi hüquqdan istifadə edərək aşağıdakı məlumatları Sizə çatdırmağı özümüzə borc bilirik.
Neftçala rayonunda fəaliyyət göstərən Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Nağıyev Firudin Bilal oğlunun bu vəzifəyə təyin edildiyi gündən özünü həddindən artıq xudpəsənd və lovğa aparması rayon mərkəzində yaşayan əhalidə ikrah hissləri yaratmışdır.
Onun saymazyanalıqla bələdiyyə mülkiyyətində olan şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat torpaqlarının böyük bir ərazisini zibil və tullantılarla bərbad hala salmasını biz cinayət əməli kimi qiymətləndiririk. Hansısa yüksək çinli məmura arxalanan bu narkotika aludəçisi rayonun Şirvanlı kəndi ərazisində yerləşən bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaqlarda qeyri-qanuni yolla qum karxanası açaraq oradakı inşaat qumunu rayon ərazisinə və ətraf ərazilirə sataraq xeyli məbləğdə vəsaiti mənimsəməklə məşğuldur.
O, narkotik maddələrin təsiri altında bələdiyyə tərəfindən bir çox təşkilatın yerləşdiyi inzibati binanın ətrafına çəkilmiş qoruyucu zənciri və metal dirəkləri üçüncü dəfə oğurlayarkən bələdiyyə işçiləri tərəfindən yaxalanmış və bu zaman tabeçiliyində olan ekskavator sürücüsünə ekskavatoru bələdiyyə işçilərinin üzərinə sürməsini əmr etmişdir. Onun istifadəsinə verilmiş maşın və mexanizmlərin hərəsi bir dərədə təsadüfi adamlar tərəfindən öz xeyirlərinə işlədilir. Qum satışından qanunsuz yolla əldə etdiyi vəsaitdən və texnikanın qanunsuz icarəsindən əldə etdiyi vəsaitdən qözü doymayan bu adam rəhbərlik etdiyi kollektivə xeyli sayda «ölü canlar» daxil etməklə ordan da qaz vurub qazan doldurur. Yuxarıda qeyd etdiyimiz kimi Şirvanlı kəndi ərazisində inşaat qumu əldə edərkən ətraf ərazinin fauna və florasına xeyli ziyan vuran bu vəzifə sahibinin qarşısını alan yoxdur?
Məhz onun fəaliyyətinin nəticəsidir ki, ətraf ərazilərdə əkinə yararlı və örüş uqodiyalı ərazilər bərbad hala salınaraq xarabazara çevrilmişdir. Bizə məlumdur ki, ərazisində tikinti (inşaat) qumları əldə edən şəxslər mədən vergisini yerli bələdiyyə orqanına ödəməlidirlər. Amma bu tamahkar şəxs uzun illər ərzində çapıb taladığı ərazinin bələdiyyəsinə bir qəpik belə vergi ödəməmişdir.
Maraqlı burasıdır ki, ölkə prezidentinin fərmanı ilə Mənzil-İstismar sahələrinin fəaliyyəti dayandırıldığı halda bu adam JEK adı ilə özəl mənzillərdən əmlak vergisini torplayaraq öz cibinə ötürməklə məşğuldur. Hansı ki, bu vergi növü fiziki şəxslərdən bələdiyyə yerli büdcəsinə ödənilməlidir.Cəzasızlıq mühitindən faydalanan bu «işbaz» öz vəzifə səlahiyyətlərini unudaraq bələdiyyə mülkiyyətinə qəsd etməkdən də çəkinmir.
Yaxın vaxtlarda Neftçala bələdiyyəsinin mülkiyyətinə məxsus əmlakı üçüncü dəfə oğurlayarkən bələdiyyə işçiləri tərəfindən cinayət yerində yaxalanmışdır və onun bu əməli bələdiyyə tərəfindən aklaşdırılaraq Rayon Polis Şöbəsinə verilmişdir. Bizə belə gəlir ki, yolunu azmiş bu vəzifə sahibinin qanunazidd hərəkətlərinin qarşısının alınmasının vaxtı çatmışdır. Yerli özünüidarə formasında xalqın seçimi ilə təşkil edilən bələdiyyələrin əmlakı xalqın əmlakı sayılır və bu əmlaka qəsd xalqa qəsd kimi qiymətləndirilməlidir.
Neftçala şəhər sakinləri”.


Qeyd edək ki, dövlət qurumlarının rəsmi icazəsi olmadan ölkənin təbii sərvətlərinin istismarı qadağandır. Eyni zamanda görülən işlər ərazinin ekologiyasına ziyan vurmamalı və müqavilə əsasında həyata keçirilməlidir. Lakin göründüyü kimi sıradan bir dövlət məmuru olan Firudin Nağıyev öz səlahiyyətlərini aşaraq dövlətin sərvətini tarmar edir və qanunsuz olaraq böyük gəlirlər əldə edir. Təəccüblü olan isə təbii ki, dövlət qurumlarının, başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla Firudin Nağıyevin bu qanunsuzluğunun qarşısını almaq üçün heç bir addım atmamasıdır. Bunun nədən baş verdiyini isə təbii ki, hamımız başa düşürük və hesab edirik ki, şərhə ehtiyac yoxdur.
Onu da qeyd etmək istərdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçaladakı rəsmisinin Firudin Nağıyevin qanunsuz şəkildə təbii sərvətləri istismar etməsindən yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri yoxdur. Əgər bu doğurdan da belədirsə, o zaman istər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, istərsə də Vergilər Nazirliyinin öz üzərlərinə düşən vəzifəni həyata keçirmələrini və qanunsuz yerə dövlətin sərvətini tarmar edən məmurun cəzalandırılmasını təbii olaraq gözləyirik.
P.S. İşin ilginc tərəfindən biri də odur ki, Firudin müəllim dövlətin sərvətini elə dövlətin texnikası ilə tarmar edir. Yəni bir güllə ilə iki dovşan vurur. Hətta texnikanı işlədənə belə dövlətdən maaş verir.
Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR
Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR
Neftçalalı məmur necə narazılıq yaradır - ŞİKAYƏT VAR