BolgeXeber.Com » Xəbərlər » Nazir ilk dəfə açıqladı: ya "Formula-1", ya 100 milyon dollar cərimə

Nazir ilk dəfə açıqladı: ya "Formula-1", ya 100 milyon dollar cərimə

13-06-2016, 10:54
Oxunub: 1 743 Nazir ilk dəfə açıqladı: ya "Formula-1", ya 100 milyon dollar cəriməAzərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın “Formula1” yarışlarından imtina edəcəyi təqdirdə ödəməli olduğu cərimənin məbləğini açıqlayıb

Virtualaz.org-un məlumatına görə, nazir bu barədə ANS TV-nin efirində açıqlama verib: “Yarışın keçirilməsi ilə bağlı müqavilə 10 il müddətinə bağlanıb. Həmin müqaviləyə görə, Azərbaycan ilk beş il ərzində “Formula!”in keçirilməsindən imtina etsə, 100 milyon dollara yaxın cərimə ödəməlidir”.

Artıq yarışlara baxmaq üçün 2 milyondan çox biletin satıldığını söyləyən nazir biletlərin 70%-nin yerli əhali, 30%-nin isə xarici vətəndaşlar tərəfindən alındığını bildirib.

Çəkilən xərclərə toxunan Azad Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız “Formula 1” rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu günə qədər asfalt örtüyünü dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf edib. “Formula 1”in əməliyyat şirkətinin büdcəsi isə 100 milyon manatı aşmayacaq.

Azad Rəhimov ölkəmizdə insanların “Formula 1” yarışlarına münasibətindən danışarkən bildirib ki, bu, spesifik idman növüdür: "Onun xüsusi azarkeşləri var. Bu yarışları izləmək üçün bütün dünyanı gəzirlər. Azərbaycanda isə əksinə, çox az adam tapılar ki, bu idman növü ilə dərindən tanış olmuş olsun. Bu mədəniyyət ölkəmizdə sıfırdan yaranmalıdır. Bu idman növü opera-balet kimi bir şeydir - ya sevirsən, ya da sevmirsən”.
[b]Bolgexeber.com[/b