BolgeXeber.Com » Xəbərlər » Deputatın sürücüsü uşağı döydü

Deputatın sürücüsü uşağı döydü

13-06-2016, 12:20
Oxunub: 1 780 Deputatın sürücüsü uşağı döydüŞəmkirdən deputat seçilmiş, haqqında son günlər xeyli söz-söhbət yayılan deputat Sona Əliyeva daha bir məlumatla gündəmə gəlib

Bolgexeber.com politika.az-a istinadən xəbər verir ki, xanım deputat mətbuatda yazlanlardan sonra Facebookdakı hesabında adını dəyişib. Əvvəlcə “MA MA MA” adıyla çıxış edən Əliyeva, dünəndən «Mila MA» ismindən istifadə etməyə strat verib.

Sayt yazır ki, Sona Əliyevanın qardaşı və sürücüsü başına ciddi oyunlar açıblar. Belə ki, deputatın qardaşı Şəmrik polisinin əməkdaşları ilə dalaşaraq, onları döyüb. Lakin işə rayonun icra başçısı Alimpaşa Məmmədovun qarışmasından sonra deputat qardaşına cinayət işi qaldırılmayıb. Məsələ isə ört-basdır edilib.

Xanım deputatın sürücüsü isəı bir müddət əvvəl yüksək sürətlə hərəkət edərkən, azyaşlı uşağı vurub. Düzdür, sürücü vurduğu uşağı vaxtında xəstəxanaya çatdırıb. Lakin bir dəfə maddi yardım etməklə işini bitmiş hesab edib. Onun da köməyinə yenə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov çatıb. Və onun dəstəyi sayəsində məsələ skandala çevrilməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.