BolgeXeber.Com » Xəbərlər » Orlando atıcısı törətdiyi qanlı qətldən öncə İŞİD-ə sədaqət andı içib – FOTO

Orlando atıcısı törətdiyi qanlı qətldən öncə İŞİD-ə sədaqət andı içib – FOTO

13-06-2016, 14:06
Oxunub: 1 815 Orlando atıcısı törətdiyi qanlı qətldən öncə İŞİD-ə sədaqət andı içib – FOTOAmerikalı, həmçinin Bostondakı terror aktlarını xatırladıb

Orlandoda (Florida ştatı) “Pulse” gey-klubundakı yığıncağın iştirkaçılarının qətlinin icraçısı kimi müəyyən etdiyi Nyu-Yorkdan olan Ömər Mətin “İslam Dövləti”nə (İŞİD) sədaqət andı içib.

Oxu.Az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, atıcı 911-ə zəng edərək İŞİD-ə sədaqət andını içdiyini bildirib.

Amerikalı, həmçinin Tsarnayev qardaşları tərəfindən bir neçə il öncə Bostonda törədilmiş terror aktlarını xatırladıb.

Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Mətinin yaxın şərq ekstremistləri ilə əalqəsi yoxlanılır.

Bununla yanaşı, Reutersin məlumatına görə, İŞİD terrorçuları Orlandoda baş verən hadisələrə görə, məsuliyyəti öz üzərinə götürüb.

“Florida ştatında Orlandoda gey-kluba silahlı basqın İŞİD döyüşcüsü tərəfindən törədilib”, - Reuters bu sözləri yaraqlıları dəstəkləyən Amaq agentliyinin məlumatından sitat gətirib.

Xatırladaq ki, Mətin polis ilə atışma zamanı məhv edilib.