BolgeXeber.Com » Xəbərlər » Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildi

Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildi

13-06-2016, 15:31
Oxunub: 2 880 Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildiSonda rayon İcra hakimiyyəti başçısı Əziz Əzizovun təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırdı

Cəlilabad rayonunun Məşədvəlli kəndinə ilk dəfə təbii qaz verildi. Bu münasibətlə iyulun 13-də kənddə təntənəli açılış mərasimi keçirildi.Mərasimi giriş sözü ilə açan.Cəlilabad RİH başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlizamin Əzizov çıxış edərək bildirdi ki, bu gün kənd sakinlərinin həyatında ən xoş günlərdən biridir. Uzun illər həsrətində olduğumuz mavi yanacağın kəndimizə verilməsi hər bir sakinimizin sevincinə səbəb oldu. Bunun üçün biz regionların sosial-iqtisadi inkişafına mühüm əhəmiyyət verən möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.Tədbirdə çıxış edən Cəlilabad RİH başçısı Əziz Əzizov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının Cəlilabad rayonunda uğurla icra edildiyini vurğuladı, bu işlərin görülməsi üçün kifayət qədər vəsait ayıran möhtərəm Prezident cənab İlham Əliyevə cəlilabadlılar adından minnətdarlığını bildirdi. Əziz Əzizov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf strategiyasının hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş III Dövlət Proqramında yeni proqram və layihələrin icra ediləcəyini, hazırda Cəlilabad rayonunda su-kanalizasiya, iri yol layihələrinin uğurla həyata keçirildiyini bildirdi, yeni məktəblərin və uşaq bağçalarının tikintisinin sürətlə aparıldığını, şəhərimizdə park və bağlarda, küçə və prospektlərdə görülən tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, ölkəmizdə, o cümlədən rayonumuzda yerinə yetirilən bu və digər yeniliklərin insanların firavan yaşayışına xidmət etdiyini söylədi. Bugünkü əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərini təbrik edən İcra başçısı “mavi alov”un hər bir ailəyə hərarət, bərəkət və xoşbəxtlik gətirməsini arzuladı“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdi, yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı. Sonda rayon İcra hakimiyyəti başçısı Əziz Əzizovun təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırdı.
Bolgexeber.com
Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildi
Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildi
Cəlilabad rayonunun Məşədvəlli kəndinə təbii qaz verildi